Reklam verin!

Mürəkkəb dolu qələm.

Blog Haqqında

Şəbnəm Həsənəlizadə
Düşüncələr, düşüncələr, düşüncələr. Razı və ya narazı fikirlər. Bir sözlə yaşım böyük olmasa da bu gənc çağımda həyata baxışım, həyatda gördüklərim, gördüklərimdən çıxartdığım nəticələr. Böyüklərdən, atalardan üzr istəyirəm, azacıq da məsləhətlərim.

Arada şer, hekayə də oxuyacaqsınız. Mən nə şairəm, nə yazıçı. Yəni peşəkar deyiləm. Sadəcə arada gələn ilhamı səhvli-düzlü yazıram, xatirələrə düzürəm.

Blogumu ziyarət edənərə bəri başdan minnətdarlığımı bildirirəm.

Axtarış

Bölmələrim

Arxiv

Sorğu

Bloguma xoş gəlmisiniz! Bir deyin görüm, bəs, hardan?





Sayqaç

  • İndi blogda: 41
  • Keçən ayın hiti: 3948
  • Dünənki hit: 218
  • Bugünki hit: 136
  • Ümumi hit: 18686


My BlogCatalog BlogRank

Müxtəlif

Dildən yayılama, qulaqdan dolma müalicə...

Şəbnəm Həsənəlizadə
Avqust 5, 2008 21:33

Dildən yayılma, qulaqdan dolma müalicə — Ay camaat, belə şeylərə uymayın. Boş və ziyan şeydir. Biri deyir ki, belim ağrıyır, o biri də deyir ki, qonşum Güllü xalanın da qızının beli yaman ağrıyırdı. Filan dərmanı atdı, ağrı yoxa çıxdı. İndi sapsağlamdır. Bu da dərmanın adını götürüb qaçır aptekə.

 

Ay, başıva dönüm....sən nə bilirsən axı azarın (olmasın azar) nədir?! Hər “bu əla dərmandır, filan yerin ağrısını kəsir” — deyənə heç qulaq asarlarmı? Yox cümləmi düz qurmadım, qulaq asarlaree, daha o dərmandan alıb, yazıq cana döşəmızlər.

Davamı...

Şərhlər(17)
116 oxunma
Həyata baxış.
dərman aptek tibbi-konsultasiya sağlamlıq 

Çalıquşu

Şəbnəm Həsənəlizadə
Avqust 4, 2008 22:02

Bir filmə təkrar-təkrar baxmağı heç sevməmişəm. Bəzən düşünürəm ki, niyə? Bu da qəribə və mənasız sualdır yəqin ki, elə deyilmi? Bu niyəni isə ona görə düşündüm ki, bəzi tanıdığım insanlar var, onlar üçün filmi təkrarən izləmək də maraqlıdır. Bəlkə də, bu filmdən asılıdır. Film əgər həqiqətən maraqlıdırsa, deməli, neçə dəfə baxılsa da, yenə də öz marağını itirmir – deyə, bir qənaətə gəldim. Amma, film nə qədər maraqlı olsa da, filmə 1-2 dəfə baxdıqdan sonra bir daha baxmaq kimi bir həvəsim olmur. Təbii ki, bəzi filmləri (bir bizim köhnə filmlərimizdən bəziləri, bir Çalıquşu və bir neçə başqa filmlər..yəni bu siyahı çoxluq təşkil etmir) çıxmaq şərti ilə.

 

Mənim özümün mənə belə aydın olmayan bu xüsusiyyətim məni bəzən çaşdırır. Bayaqdan deyirəm ki, film nə qədər maraqlı olsa da uzaqbaşı 1-2 dəfə baxaram, o qədər. Sonra isə deyirəm ki, bəzi filmləri çıxmaq şərtilə. Ay oxucu, gəl, indi bu qarışıqlığın içindən çıx.

 

Nə isə, uzatmayıb, əsas məsələmə keçmək istəyirəm. Öz düşüncəmdə, filmlər barəsində olan maraq dairəmdə dövr edən filmlər, yox, daha doğrusu bir film barəsində danışmaq istəyirəm. Dünyaca məşhur “Çalıquşu”. Mənim üçün maraqdan düşməyən bir əsər, film. Bu filmə uşaqlıqdan bəri bilmirəm neçə dəfə baxmışam. Amma, yenə də göstərsələr, televizorun qarşısına dikiləcəyəm ki, elə bil birinci dəfədir seyr edirəm.

Yazıçı: Reşat Nuri Güntekin
Rejissor: Osman F. Seden
İştirakçılar: Aydan Şener - Kenan Kalav - Sadri Alışık - Mine Çayıroğlu - Zafer Ergin - Tilbe Saran - Hayati Hamzaoğlu - Tomris Oğuzalp - Eşref Kolçak
Film musiqisinin bəstəkarı: Esin Engin

Bu film 1986-cı ildən öncə də çəkilmiş və həvəslə seyr edilmişdir. Amma, mən 1986-cı ildə çəkilən versiyasından danışıram, hansı ki, bu filmin yaradılışında əməyi keçənlərə öz minnətdarlığımı bildirir, halal olsun deyirəm.


Güclü yazar - Reşat Nuri Güntekin. Məhz bu yazıçının əsəridir ki, könülləri illərdən bəri belə fəth edib, axı, bir mən deyiləm bu əsərin, filmin pərəstişkarı olan. Ümumiyyətlə, R. N. Güntekinin bir neçə əsəri ilə tanışam və bildirim ki, çox xoşlayıram. Allah ona rəhmət eləsin.
Həm güclü əsər, həm musiqi əla, aktyorlar da ki, öz öhdələrindən layiqincə gəliblər. Yeri gəlmişkən Sadri Alışık da mənim çox sevdiyim aktyorlardandır. Allah ona da rəhmət eləsin. Ümumiyyətlə, bu filmin həyatında izi olanların aramızda olanlarına minnətdarlığımı bilmdirir, həyatını dəyişənlərə isə Allahdan rəhmət diləyirəm. Onlar da əbədi yaşardılar.

 

Deyirəm ki, təki çəkilən filmlər hər zaman belə maraqlı olsun.


Şərhlər(9)
90 oxunma
Həyata baxış.
film çalıquşu reşat-nuri-güntekin əsər 

Şəms- Ədəbi Qadınlar Məclisi

Şəbnəm Həsənəlizadə
İyul 30, 2008 17:13

Bir öncəki yazımda internet barəsində yazmışdım. Yəni internetdə sərf edəcəyiniz vaxtın müqabilində nə əldə edirsiniz?! İndi isə internet vasitəsilə maraqlı işlər görən insanlar saytlar barəsində söz açmaq istəyirəm. Çoxlu maraqlı və faydalı saytlar var. Mən indi onları sıralamaq və burda hamısı haqqında danışmaq istəmirəm, çox uzun çəkər. Sırf ədəbiyyat üzrə olan saytlardan və məhz biri barəsində neçə vaxtdır istəyirəm ki, yazam. Bloqumdan gördüyünüz kimi, mən ədəbiyyat vurğunu biriyəm. Maraq dairəmə daxil olanlardan biri də məhz elə ədəbiyyatdır. Buna görə də ədəbi saytları, ədəbi e-jurnalları izləyirəm, oxuyuram. İstər klassika olsun, istər müasir saytlar, maraqlı nə varsa çalışıram oxuyam. Hal-hazırda bəzi saytlarımız var ki (Bizimki- Gənc ədəbi e-jurnal, Lit.az, Şəms Məclisi vəs.) gənc yazarları, şairləri, önə çəkir, onların yazılarını dərc edərək hamıya tanıdır. Çox sevinirəm belə işlərin görülməsinə. Çünki insan əməyinə fikirlər bildirilir, qiymət verilir və təbii ki, ona səhvi-düzü göstərərək kömək olurlar. Onların gördüyü bu işləri səmimi qəlbdən alqışlayıram.

 

İstəyirəm ŞƏMS – ƏDƏBİ QADINLAR MƏCLİSİ  haqqında yazam. Bu sayt da ədəbiyyatla bağlı olub, ədəbi prosseslərlə yanaşı, gənc yazarların da yazılarını saytda yerləşdirərək, oxucuların öhdəsinə buraxırlar. Saytın əməkdəşları ürəyiaçıq, mehriban, öz işlərini yaxşı bilənlərdir. Yox, yox, mən onları şəxsən tanımıram, heç biri ilə şəxsi tanışlığım yoxdur, sadəcə onların yazılarından bu hiss olunur. Mənim o saytda şerlərim, hekayələrim yerləşdirilir və mənə şərh yazaraq səhvimi, düzümü göstərirlər, hansı ki, bu mənimçün çox vacibdir. Tənqiddən qaçmıram, mənə səhvlərim deyildiyi zaman, onlar olduğu üçün bəzən utanır və sevinirəm ki, onları mənə göstərdilər və düzəltmək, düzəlmək şansım var. “Bəzən” dedim, ona görə ki, ədəbiyyat üzrə ali təhsilim yoxdur, bu sferada bilmədiyim şeylər var, ona görə də şer və hekayə yazdığım zaman səhvlərim olur. İnşallah çalışacağam, hər şey daha da yaxşı olsun.

 

O məclisdə əməyi keçənlərə, məclisin bütün əməkdaşlarına (adlarını bir-bir çəkmirəm, birdən unutduğum olar, sonra inciklik olmasın) səmimi qəlbdən minnətdarlığımı bildirir, uğurlar diləyirəm..

 

Eləcə də Bizimki – gənc ədəbi e-jurnalı da dəstəkləyir, o sayta və əməkdaşlarına çox sağ olun deyir, uğurlar diləyirəm.

P.S: Yazımın üslubuna görə üzr istəyirəm. Yazını tələsik olaraq qaralamasız filan birbaşa bloqa yerləşdirirəm. Əslində Şəms Məclisi haqqında daha dolğun, maraqlı , geniş yazmaq olar.


Şərhlər(7)
100 oxunma
Həyata baxış.
ədəbiyyat şəms-ədəbi-qadınlar-məclisi ədəbi-saytlar 

Internet

Şəbnəm Həsənəlizadə
İyul 27, 2008 20:47

Salam.

Düz neçə vaxtdır ki, klaviatura ilə bu qədər söhbətim olmayıb, internet, bloq həyatından elə bil məzuniyyətə çəkilmişəm. Düzdür, mənimki tam məzuniyyət olmasa da bir az dincəldim sanki.. Sadece arada keçib poçtamı yoxlayır, üzv olduğum saytlara necə deyərlər, ayaqüstü bir baş çəkirdim. Bilmirəm niyə elə bir həvəssizliyiə qapılmışdım. Hətta arada əsən o ilhamım belə məndən uzaq idi. Əlimə qələm götürüb, nəsə yazmaq istəmirdim.. Nə isə indi artıq kompüter arxasına keçmişəm və həvəslə. Darıxdım..

Dedim ki, buraxdığım bu aradan sonra məhz elə internet barəsində olan fikirlərimi yazacağam. İnternet aləmindən uzaq olduğum bu vaxt ərzində yaman dincəldim. Çünki, həqiqətən də kompüter arxasına keçdiyim zaman başım elə qarışır ki, vaxt uçur gedir. Bəzən səhərə planlaşdırdığım işlərim bu vaxtın uçuşundan yerinə yetirilməz qalırdı, bəzən isə gözlərimin yaman yorulduğunu hiss edirdim. Və yavaş-yavaş başladım internetdə az oturmağa, birdə gördüm ki, artıq neçə gündür ki, internetdən uzağam. Nə yalan deyim, dincəldim vallah..

Amma, nə olur-olsun, necə olur-olsun, mənim fikrimcə internet bir xəstəlikdir, internet- azartdır. İnternetin vacibliyinin fərqində olan biriyəm. Yəni istədiyimiz zaman bizə lazım olan məlumatı, xəbəri asanlıqla tapa bilər, dünyanın harasında olur-olsun insanlarla ünsiyyətdə ola bilərik, başqa birilərinin fikirlərini, düşüncələrini, əsərlər, məqalələr oxuya bilərik..və s. daha başqa faydalı bilgilər ala bilərik.

 

Mən indi internetin bizə verdiklərindən yox, bizdən aldıqları haqqında danışmaq istəyirəm. Psixoloqlar belə bir nəticəyə gəliblər ki, internetin beyinə təsiri çox böyükdür və bununla bərabər insan, kompyuter arxasına oturan zaman vaxtın necə sürətlə keçməsinin fərqində belə olmur (məncə bunu kəşf etmək üçün psixoloq olmağa ehtiyac yoxdur, kənardan açıq-aydın görünən bir şeydir). Sənin yarım saaatdır deyə sandığın vaxt məsələn, artıq 3 saatdır və sən bunun necə keçdiyini heç başa düşə bilmirsən. Əslində bu insana necə təsir edir, insanın özündən asılıdır ki, həmən ötüb keçən saat ərzində o, internetdən nə əldə edib?! Kimi xəbərlər portalını izləyir, kimi forumlarda iştirak edir, kimi öz bloq işində, kimi başqalarının yazdığı fikirləri oxuyur, kimi ədəbi saytlarda, kimi yazışmalarda, kimi isə əyləncədə (mp3, oyun, kino və s. ...) vaxtını keçirir. Yəni insan internetə vaxtını ödəyərək faydalı bir şey qazanırsa, buna pis deyə bilmərəm. Sadəcə olaraq diqqətdən salmamaq lazımdır ki, kompyuter arxasında nə qədər vaxt keçirirsən. Necə deyərlər “qızıl vaxt”. Mənimçün daha da dəyərli.

 

 

 

Bir sözlə həm beyin yorulur, həm də  göz. Digər işləriniz də ki, yarımçıq qalır. Bunlardan qaçmaq üçün vaxtınıza nəzarət edin. Çalışın ki, internet günüzün, ömrünüzün mənası olmasın. 


Şərhlər(9)
114 oxunma
Həyata baxış.
internet vaxt xəbərlər portalı əyləncə 

Sabantuy bayramı.

Şəbnəm Həsənəlizadə
İyul 1, 2008 14:44

 

  Sabantuy bayramı ilə birinci dəfə idi ki, iyun ayının 29-da Sankt-Peterburq şəhərində tanış oldum. Bu mənim üçün çox maraqlı idi. Çünki, səyahət etməyi, başqa yerlərlə, onların mətbəxləri, bayramları, mədəniyyətləri ilə tanış olmağı xoşalyıram.

Bayram tatar, başgird və başqa xalqların bayramıdır və bu şəhərdə yaşayan həmən xalqların nümayəndələri o bayramı təntənəli sürətdə qeyd edirlər. Bayram əkin ilə bağllı olan bir bayramdır ki, Tatarıstanda və digər yerlərdə əkin işləri başaçatdıqdan sonra şənlik edirlər.. Burda isə bu bayram demək olar ki, hər il iyun ayının sonuncu bazar günü qeyd olunur. Öz yurdlarında onlar bayramı səhv etmirəmsə daha tez qeyd edirlər, hər halda bu, onlarının işinin bitməsi ilə bağlıdır. Sankt-Peterburqda isə bəlkə də hava durumuna görədir ki, bir az gec qeyd olunur. Çünki, bayram piknik tiplidir, təbiət qoynunda olur, əklbəttə, ürək istər ki, hava gözəl olsun. Bayram təbii ki, şəhərdən kənarda keçirilir, göz oxşayan, yaşıl dona bürünmüş təbiətin qoynunda. Bu bayram o qədər xoşuma gəldi ki, dedim ki, inşallah bloqumda bu barədə yazacağam. Şənliyə hər kəs dəvətlidir, yəni eşidən, bilən, könlü olan hamı gələ bilər, qapılar hər kəsə açıqdır. Mən də əzizlərimlə yığdım piknik tədarükünü, düzəldim yola.. Gözəl təbiət, dört bir tərəfdə təşkil olunmuş konsertlər, hansı ki, qulaqlarım artıq başqa bir musiqi, başqa bir səs eşidirdi (tatar, başgird mahnıları). Konsertlərdən əlavə maraqlı yarışmalar, piknik edənlər, şənlənənlər, çoxlu özbək aşları ilə dolu olan yekə qazanlar gördüm, bişirənlər yəqin ki, özbəklər olardılar. Piknik edən insanlardan əlavə də orda bu plovu və kababı hazırlayıb sataraq insanlara xidmət olunurdu. Hər yan dolu idi kababçı və aş bişirənlərlə. 

 

Hər tərəf rəngarəng idi, təşkil edilən oyunların sahəsi də al-əlvan idi və hər tərəf şarlarla bəzədilmişdi. Yarışmalar çox maraqlı idi. Taxtanın üstündə oturub, yastıqla döyüşərək, bir-birini yerə yıxmağa çalışan kim, göyə ucalmış taxtaya dırmaşan kim. Bir tərəfdə güclərinə güvənərək kanad dartışdıranlar, bir tərəfdə qol gücü yarışanlar kim. Bir tərəfdə göyə ucalmış ipin üstündə gəzən heyran edici balaca uşaqların hərəkətləri, bir tərəfdə güləş (tatarlar buna kürəş deyirlər)..Lap pəhləvanlarımız gəldi gözümün özünə.

 

 

 

 

Daha nələr var idi nələr. İpin üstündə müxtəlif səhnələr göstərən uşaqlardan savayı qalan bütün oyunların iştirakçıları adi insanlar idi. Pulla da deyildi bu yarışmalar, hamısı havayı. Mən özüm də o yarışmaların çoxunda iştirak etdim. Haa, yadıma düşmüşkən bir yarışmada var idi, yerə uzadaraq basdırılmış və yerdən uzanaraq hündürlüyə qalxan ağac var idi ki, onun üstündə sonuna qədər getməli ağaca bağlanan şalı açmalı və yerə düşməli idin, mən bu yarışmada uduzdum. Sona qədər gedə bilməyib, yerə düşdüm )). Deyəsən bu cümləmi aydın yaza bilmədim, amma, bilmirəm necə yazım ki, ifadəm, cümləm başa düşülsün.

Hər tərəfdə maraqlı, dövlət təmsilli ləvazimatlar satılırdı. Diqqətimi çəkən gözəl naxışlarla bəzədilmiş özbək, tatar araxçınları idi. Onlar, çox xoşuma gəldi. İnsanlar da həvəslə alıb başlarına taxmışdılar.

Hava da çox gözəl idi, həmən günüm çox əyləncəli keçdi. Qayıdanda isə şənlik təşkil olunan yerdən vağzalacan –təmiz havadır, gəzmək məqsədiylə avtobusla yox, piyada getmək qərarına gəldik. Təxminən yarım saatlıq yol idi. ≈ 10 dəq. getmişdik ki, bir yağış yağdı ki, tut ucundan göyə çıx. Nə isə gözəl, əyləncəli bir şənliyin, günün ardından evə yağış suyuna çimib gəldim. Yağışı da çox sevirəm, bircə xəstələnməsəm. Onda dedim ki, immunitetimin qulaqları cingildəsin. Cingildədi də, indi yaxşıyam, şükr Allaha... 

 

 

Şərhlər(16)
177 oxunma
Həyata baxış.
bayram tatar başgird sankt-peterburq tatarıstan 

Bəyaz gecələr

Şəbnəm Həsənəlizadə
İyun 22, 2008 17:12

 

Görüşdüm yarımla bulaq başında,

ulduzlu gecədə, ay işığında.

Danışdıq ürəkdən dünyalar qədər,

Sirdaş oldu bizə bəyaz gecələr.

Dünən, yəni, iyun ayının 21-dən 22-nə keçən gecə, burda (Sankt-Peterburqda) ən uzun bəyaz gecə idi. Gecə saat 11-12-də gün otağa elə işıq saçırdı ki, ele bil günortanı indi keçib. Dünən gece saat 12-yə 20 dəqiqə qalmış çıxdım eyvana şəklini çəkdim alışan günəşin, qürubun. Maraqlansanız bu Mücrüdə baxa bilərsiniz. Çox gözəldir. İstəyirəm bəyaz gecələr barəsində azacıq məlumat verəm.

 

Yerin Günəş ətrafında fırlanmasında onun hərəkəti elliptik bir müstəvi cızır. Bu müstəvi göy sferasının ekvator müstəvisi ilə 21-22 mart və 21-22 sentyabrda kəsişir. Birinci hala yaz bərabərlik, ikinciyə isə payız bərabərlik nöqtəsi deyilir. Bu iki müstəvi bir-biri ilə kəsişəndən sonra bir-birinden müəyyən bucaq altında aralanır. Ən böyük ayrılma bucağı 23.5 dərəcəyə bərabərdir. Şimal yarımkürəsi üçün bu bucaq təqvim vaxtı ilə 21-22 iyuna düşür ki, bu da ən uzun gün və ən qısa gecəyə uyğundur. Yerin şimal yarımkürəsində yerin fırlanma oxunun şimal qütbü günəşə daha çox meyillidir. Ona görə də Yerin şimal en dairəsində günün uzunluğu ekvatora görə daha çoxdur, belə ki, Şimal qütbündə bir müddət gecə olmur (və ya gecə çox qısa olur ). Göstərilən tarixdən sonra günün uzunluğu hər gün orta hesabla 4 dəqiqə qısalır və sentyabırın 21-22-də gecə ilə gündüzün uzunluğu vaxt hesabı ilə bərabərləşir və dekabr ayının 21-22-də ən uzun qış gecəsi və ən qısa qış günü ilə əvəz olunur.

Balaca bir şəkil çəkmişəm:

 

Çox maraqlıdır, elə deyilmi? 


Şərhlər(9)
122 oxunma
Həyata baxış.
bəyaz gecə günəş şimal-qütbü 

  Yazılar cəmi: 13    Sonrakı səhifə »


© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com