Reklam verin!

Mürəkkəb dolu qələm.

Blog Haqqında

Şəbnəm Həsənəlizadə
Düşüncələr, düşüncələr, düşüncələr. Razı və ya narazı fikirlər. Bir sözlə yaşım böyük olmasa da bu gənc çağımda həyata baxışım, həyatda gördüklərim, gördüklərimdən çıxartdığım nəticələr. Böyüklərdən, atalardan üzr istəyirəm, azacıq da məsləhətlərim.

Arada şer, hekayə də oxuyacaqsınız. Mən nə şairəm, nə yazıçı. Yəni peşəkar deyiləm. Sadəcə arada gələn ilhamı səhvli-düzlü yazıram, xatirələrə düzürəm.

Blogumu ziyarət edənərə bəri başdan minnətdarlığımı bildirirəm.

Axtarış

Bölmələrim

Arxiv

Sorğu

Bloguma xoş gəlmisiniz! Bir deyin görüm, bəs, hardan?





Sayqaç

  • İndi blogda: 28
  • Keçən ayın hiti: 3948
  • Dünənki hit: 218
  • Bugünki hit: 122
  • Ümumi hit: 18672


My BlogCatalog BlogRank

Müxtəlif

UÇ, ANAMI GƏTİR!

Şəbnəm Həsənəlizadə
Aprel 25, 2008 19:28

 

Gəldi yenə gözəl, təravətli bahar. Bu gün park yenə də doludur şənlənən ailələrlə, uşaqlarla. Uşaqlar, qaçır, oyunlar oynayırlar, böyüklər bir kənarda əyləşmiş, istirahət edərək öz uşalarını izləyirlər. Mən isə gözəl bir gülün ləçəkləri üstündə oturmuş, baharın təmiz havasını, gülün təravətli ətrini içimə çəkə-çəkə seyr edirəm bu insanları. Bu balaca uşaqları o qədər çox sevirəm ki, elə tərifləmək olmasın, onlar da məni. Necə də şirin varlıqlardılar. Düşünürəm ki, görəsən neçəsinin istəyi üçün qanad açıb uçmuşam. Saysam, yəqin ki, sayı-hesabı yoxdur. Mənə bəslənən o inam ki, var bu körpələrin pak ürəyində, heç istəklərini yerə salmaq, qanadlanıb, uçub getməmək mümkündürmü? Mən onların əzizlərinin arxasınca elə uçuram ki, elə bil əllərindən tutub gətirəcəyəm. Əslində isə, mən sadəcə uçuram, onlar kimi, onlar üçün istədiklərini, mən də, yalnız Allahdan diləyirəm.

Davamı...

Şərhlər(6)
204 oxunma
Hekayələr

Ömrümün 10 ili.

Şəbnəm Həsənəlizadə
Aprel 19, 2008 15:12

 

 

Həsrətlə baharın gəlişini gözləyirəm. O, baharı ki, dəmir barmaqlıqlar arasından ancaq təravətini, nəfəsini duya bilərəm. O, baharı ki, burda qadın dolu və hər tərəfdən bir səs gələn, hər ürəkdən bir dərd bölüşülən, amma yenə də bu səs dolu zülmət səssizlikdə, yenə də elə həmin bu dəmir barmaqlıqlar arasından quşların şən cikgiltisini eşidəcəyəm. O, baharı ki, hələ 9 il beləcə gözləyəcəyəm.


Davamı...

Şərhlər(12)
145 oxunma
Hekayələr


  Yazılar cəmi: 2   


© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com