Mehribanlaşın!!!
ŞəbnəmAvqust 28, 2008 16:01
- Mehribanlaşın, mehribanlaşın!!!
Bu sözləri eşidəndə elə bil başımdan yuxarıdan aşağı qaynar su tökürlər. Çoxları yəqin ki, artıq söhbətin nədən gedəcəyini naladılar. Yayın ən qızmaq günündə camaat istidən pişə-pişə nəfəs ala bilmir və bəzi sürücülər də bunun üstünə ayaqüstə olan sərnişinlərdən bir-birləri ilə daha da mehribanlaşmağı xahiş edir. Nə var, nə var ağzınacan dolmuş avtobusa güc bəla ilə iki sərnişin daha yığacaq. Mən tək yay fəslindən danışmıram, bununla ilin hər fəsli rastlaşmaq olar. Amma yandıran qızmar gündən savayı bu da bir tərəfdən yandırıb yaxır.

Bilmirəm bu söz hardan düşüb bu sürücülərin dilinə və yayılıb? Sizi bilmirəm mənimçün çox xoşagəlməz bir şeydir. Hər avtobusda sərnişin sayına görə oturacaqlar yerləşdirilib. Tutaq ki, bəzi sərnişinlərin vacib işi var və tələsir, könüllü olaraq avtobusa minib ayaqüstə duracaqlar. Daha avtobusu qapısı zorla bağlanacağı qədər sərnişin yığmaq nə deməkdir? Bəlkə də çox acımasız biri kimi görünürəm, amma, bu mənim xoşuma gəlməyən bir şeydir. Bəlkə hansısa ayaqüstə durmuş bir qadının ətrafında ancaq kişilər daynıb, bu yerdə mehribanlaşın sözü nə deməkdir axı?! Sürücülərimiz plan, vaxt üzrə işləyirlər. Bunlar hamısı gün ərzində qazandıqları gəlirin yəqinki, yetərincə olmamasındandır ki, avtobusu belə doldurmağa çalışırlar. Bir tərəfdən də sərnişinlərdə də xəta var ki, nə üçün dolu avtobusa minməyə cəhd edirlər ki? Yəni, burda belə çıxır ki, alan razı, satan razı.

Bəs mənə və ya avtobusun içində istidən, müxtəlif ətir və ya tər qoxularından və hirsdən boğulan digər sərnişinlərə söz düşmürmü?! Hələ üstəlik, bir az da mehribanlaşmaq gərək!!!
256 oxunma
Həyata baxış
avtobus mehribanlaşın sürücü sərnişin plan














