Şəms- Ədəbi Qadınlar Məclisi
Şəbnəm Həsənəlizadəİyul 30, 2008 17:13
Bir öncəki yazımda internet barəsində yazmışdım. Yəni internetdə sərf edəcəyiniz vaxtın müqabilində nə əldə edirsiniz?! İndi isə internet vasitəsilə maraqlı işlər görən insanlar saytlar barəsində söz açmaq istəyirəm. Çoxlu maraqlı və faydalı saytlar var. Mən indi onları sıralamaq və burda hamısı haqqında danışmaq istəmirəm, çox uzun çəkər. Sırf ədəbiyyat üzrə olan saytlardan və məhz biri barəsində neçə vaxtdır istəyirəm ki, yazam. Bloqumdan gördüyünüz kimi, mən ədəbiyyat vurğunu biriyəm. Maraq dairəmə daxil olanlardan biri də məhz elə ədəbiyyatdır. Buna görə də ədəbi saytları, ədəbi e-jurnalları izləyirəm, oxuyuram. İstər klassika olsun, istər müasir saytlar, maraqlı nə varsa çalışıram oxuyam. Hal-hazırda bəzi saytlarımız var ki (Bizimki- Gənc ədəbi e-jurnal, Lit.az, Şəms Məclisi vəs.) gənc yazarları, şairləri, önə çəkir, onların yazılarını dərc edərək hamıya tanıdır. Çox sevinirəm belə işlərin görülməsinə. Çünki insan əməyinə fikirlər bildirilir, qiymət verilir və təbii ki, ona səhvi-düzü göstərərək kömək olurlar. Onların gördüyü bu işləri səmimi qəlbdən alqışlayıram.
İstəyirəm ŞƏMS – ƏDƏBİ QADINLAR MƏCLİSİ haqqında yazam. Bu sayt da ədəbiyyatla bağlı olub, ədəbi prosseslərlə yanaşı, gənc yazarların da yazılarını saytda yerləşdirərək, oxucuların öhdəsinə buraxırlar. Saytın əməkdəşları ürəyiaçıq, mehriban, öz işlərini yaxşı bilənlərdir. Yox, yox, mən onları şəxsən tanımıram, heç biri ilə şəxsi tanışlığım yoxdur, sadəcə onların yazılarından bu hiss olunur. Mənim o saytda şerlərim, hekayələrim yerləşdirilir və mənə şərh yazaraq səhvimi, düzümü göstərirlər, hansı ki, bu mənimçün çox vacibdir. Tənqiddən qaçmıram, mənə səhvlərim deyildiyi zaman, onlar olduğu üçün bəzən utanır və sevinirəm ki, onları mənə göstərdilər və düzəltmək, düzəlmək şansım var. “Bəzən” dedim, ona görə ki, ədəbiyyat üzrə ali təhsilim yoxdur, bu sferada bilmədiyim şeylər var, ona görə də şer və hekayə yazdığım zaman səhvlərim olur. İnşallah çalışacağam, hər şey daha da yaxşı olsun.
O məclisdə əməyi keçənlərə, məclisin bütün əməkdaşlarına (adlarını bir-bir çəkmirəm, birdən unutduğum olar, sonra inciklik olmasın) səmimi qəlbdən minnətdarlığımı bildirir, uğurlar diləyirəm..
Eləcə də Bizimki – gənc ədəbi e-jurnalı da dəstəkləyir, o sayta və əməkdaşlarına çox sağ olun deyir, uğurlar diləyirəm.
P.S: Yazımın üslubuna görə üzr istəyirəm. Yazını tələsik olaraq qaralamasız filan birbaşa bloqa yerləşdirirəm. Əslində Şəms Məclisi haqqında daha dolğun, maraqlı , geniş yazmaq olar.
100 oxunma
Həyata baxış.
ədəbiyyat şəms-ədəbi-qadınlar-məclisi ədəbi-saytlar









