Reklam verin!

Mürəkkəb dolu qələm.

Blog Haqqında

Şəbnəm Həsənəlizadə
Düşüncələr, düşüncələr, düşüncələr. Razı və ya narazı fikirlər. Bir sözlə yaşım böyük olmasa da bu gənc çağımda həyata baxışım, həyatda gördüklərim, gördüklərimdən çıxartdığım nəticələr. Böyüklərdən, atalardan üzr istəyirəm, azacıq da məsləhətlərim.

Arada şer, hekayə də oxuyacaqsınız. Mən nə şairəm, nə yazıçı. Yəni peşəkar deyiləm. Sadəcə arada gələn ilhamı səhvli-düzlü yazıram, xatirələrə düzürəm.

Blogumu ziyarət edənərə bəri başdan minnətdarlığımı bildirirəm.

Axtarış

Bölmələrim

Arxiv

Sorğu

Bloguma xoş gəlmisiniz! Bir deyin görüm, bəs, hardan?





Sayqaç

  • İndi blogda: 22
  • Keçən ayın hiti: 3948
  • Dünənki hit: 218
  • Bugünki hit: 115
  • Ümumi hit: 18665


My BlogCatalog BlogRank

Müxtəlif

UZAQLAŞDIM

Şəbnəm Həsənəlizadə
May 25, 2008 16:40

 

 
Uzaqlaşdım,
qollarından uzaqlaşdım,
əllərinçün darıxdım.
Saçlarıma tumar çəkən,
əllərindən uzaqlaşıb,
oxşamançun darıxdım.
Davamı...

Şərhlər(11)
129 oxunma
Şerlər
uzaqlaşdım ana darıxdım layla-balam qucaq 

Əzabla qoşa

Şəbnəm Həsənəlizadə
May 25, 2008 16:24

 
 
Əzab kölgə kimi elə bil özümdür,
Bir an kənar getmir - ekizik, qoşa.
İstəklərim isə düzüm-düzümdür,
Fələyin də yolu yoxdur ki, çaşa.
Qaşınır bu ruhum, can gün istəyir,
Ürək də donubdur, dönübdür daşa.


Şərhlər(6)
102 oxunma
Şerlər
əzab kölgə ekiz qaşınır ruh 

***

Şəbnəm Həsənəlizadə
May 19, 2008 16:13

 

Fikrim heç bir yerdə qərar tutmayır, 
Elə ruzigar tək üşüdür, əsir.
Könlüm neçə vaxtdır çiçək açmayır,
Açanda da ruzigar qoparıb, kəsir. 

Şərhlər(0)
0 oxunma
Şerlər
çiçək qərar tutmaq əsmək 

Şüursuz (heyvan) insan.

Şəbnəm Həsənəlizadə
May 18, 2008 20:15

 

 

Millətin başına hava gəlib, ay Allah! Camaat artıq bilmir ki, nə işlə məşğul olsun. Deyir qulaq gündə bir söz eşitməsə kar olar..
O gün maraqlı bir
jurnalın internet saytında oxuyuram ki, bir plastik cərrahın belə bir fikri var ki, insan özünü istədiyi hər hansı sa bir heyvana bənzədə bilər. Bu onun arzusdur ki, belə bir işlə məşğul olsun. Bu onun gözəllik anlayışıdır (Şəkil A).


Ay balam, Allah səni heyvan yaratmaq istəsəydi, yaradardı da. Nə bilim, vallah, bu adamlarda nə ağıl var, nə də Allah qorxusu.
Düzdür bu yazılar versiyalardır. Amma, bunlardan savayı, televiziyada tatu və digər əməliyytalar vasitəsilə özlərini sevdikləri heyvana (şirə və pişiyə) çevirən bir kişi və bir qadını görmüşəm. 

 

Davamı...

Şərhlər(15)
206 oxunma
Həyata baxış.
heyvan əməliyyat sima pişik quyruq 

Uşaq tərbiyəsi

Şəbnəm Həsənəlizadə
May 14, 2008 17:13

 

Mən uşaqları elə çox sevirəm ki, onlar barəsində nə qədər daışsam azdır. Uşaqlar dünyanın ən pak, təmiz, günahsız varlıqlarıdır. Ən şirin nemətlərdilər.

Məni uşaqların tərbiyəsi çox narahat edir və düşündürür. Bu işdə valideynlərin öhdəsinə düşən vəzifə çox böyükdür. İnsanlar fərqlidir. Düşüncələr, zövqlər də eynilə. O qədər fərqli tərzdə düşünüən, hərəkət edən valideynlər görmüşəm ki, bunların çoxu heç də təqdirə, bəyəniyə layiq deyil. Bəzən həddindən artıq dəcəl, söyüş söyən uşaq görəndə düşünürəm ki, uşağın belə olması nədən irəli gəlir?! Düzdür, mən psixoloq deyiləm. Sadəcə, adi bir insan olaraq bu məni hər zaman düşündürür.

 

Davamı...

Şərhlər(12)
180 oxunma
Həyata baxış.
uşaq tərbiyə valideyn siqaret ata-ana 

Ey, gizli xəyalım.

Şəbnəm Həsənəlizadə
May 13, 2008 15:43

 Qaçma ey mənim gizli xəyalım,
Tutacam onsuzda bir vaxt əlini.
Həyəcanla gözləyir səni hər anım,
Sən də verəcəksən mənə qəlbini


Davamı...

Şərhlər(14)
143 oxunma
Şerlər
qaçma gizli-xəyal hiss qovuşmaq 

  Yazılar cəmi: 10    Sonrakı səhifə »


© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com