Reklam verin!

Mürəkkəb dolu qələm.

Blog Haqqında

Şəbnəm Həsənəlizadə
Düşüncələr, düşüncələr, düşüncələr. Razı və ya narazı fikirlər. Bir sözlə yaşım böyük olmasa da bu gənc çağımda həyata baxışım, həyatda gördüklərim, gördüklərimdən çıxartdığım nəticələr. Böyüklərdən, atalardan üzr istəyirəm, azacıq da məsləhətlərim.

Arada şer, hekayə də oxuyacaqsınız. Mən nə şairəm, nə yazıçı. Yəni peşəkar deyiləm. Sadəcə arada gələn ilhamı səhvli-düzlü yazıram, xatirələrə düzürəm.

Blogumu ziyarət edənərə bəri başdan minnətdarlığımı bildirirəm.

Axtarış

Bölmələrim

Arxiv

Sorğu

Bloguma xoş gəlmisiniz! Bir deyin görüm, bəs, hardan?





Sayqaç

  • İndi blogda: 26
  • Keçən ayın hiti: 3948
  • Dünənki hit: 218
  • Bugünki hit: 120
  • Ümumi hit: 18670


My BlogCatalog BlogRank

Müxtəlif

İNANDIM

Şəbnəm Həsənəlizadə
Aprel 28, 2008 0:27

 
Vuruldum heç nəyi düşünmədən mən,
qızmar günəş altda kölgəmsən sandım.
Getmirsən gözümdən, bir an fikrimdən,
bir tək ey sevgilim, sənə inandım!

Dağlayır içimi acı düşüncələr,
ey yarım yalandan artıq usandım!
Sevmək, inanmaq asandır məyər,
bir tək ey sevgilim, sənə inandım?!

Səni elə sevdim, inan ki, nece,
dualarla yatdım, duayla oyandım.
Allaha yalvardım sənçün hər gecə,
bir tək ey sevgilim, sənə inandım!

Niyə aldatdın məni, niyə vəfasız?!

Beşikdə körpə tək laylana qandım.
Sandım ki, eşqimiz pakdı yalansız,
bir tək ey sevgilim, sənə inandım!

Yalançı, amansız, şirin bivəfa,
səndə məni ürəkdən sevirsən sandım!
Heç kimə inanmaram məndə bir daha,
bir tək ey sevgilim sənə inandım!


Şərhlər(14)
192 oxunma
Şerlər

***

Şəbnəm Həsənəlizadə
Aprel 26, 2008 17:40

 
 
 
Demə, mən, dünyanın sevinc gülü yox, 
ürəklər incidən qəm daşıyammış, 
demə könüllərin odu, atəşi yox, 
Alovlar söndürən göz yaşıyammış...

 

 

 


Şərhlər(6)
119 oxunma
Şerlər

UÇ, ANAMI GƏTİR!

Şəbnəm Həsənəlizadə
Aprel 25, 2008 19:28

 

Gəldi yenə gözəl, təravətli bahar. Bu gün park yenə də doludur şənlənən ailələrlə, uşaqlarla. Uşaqlar, qaçır, oyunlar oynayırlar, böyüklər bir kənarda əyləşmiş, istirahət edərək öz uşalarını izləyirlər. Mən isə gözəl bir gülün ləçəkləri üstündə oturmuş, baharın təmiz havasını, gülün təravətli ətrini içimə çəkə-çəkə seyr edirəm bu insanları. Bu balaca uşaqları o qədər çox sevirəm ki, elə tərifləmək olmasın, onlar da məni. Necə də şirin varlıqlardılar. Düşünürəm ki, görəsən neçəsinin istəyi üçün qanad açıb uçmuşam. Saysam, yəqin ki, sayı-hesabı yoxdur. Mənə bəslənən o inam ki, var bu körpələrin pak ürəyində, heç istəklərini yerə salmaq, qanadlanıb, uçub getməmək mümkündürmü? Mən onların əzizlərinin arxasınca elə uçuram ki, elə bil əllərindən tutub gətirəcəyəm. Əslində isə, mən sadəcə uçuram, onlar kimi, onlar üçün istədiklərini, mən də, yalnız Allahdan diləyirəm.

Davamı...

Şərhlər(6)
204 oxunma
Hekayələr

KAŞ.

Şəbnəm Həsənəlizadə
Aprel 24, 2008 18:31

 
 
Kaş mən günəş olub fikirlərinə,
Zülmət düşüncələrinə işıq saçaydım.
Kaş məskən salıb, sənin ürəyinə
Qaranlıq hissslərinə düşmən olaydım.

Pozaydım kinini, o nifrətini,
İnama üz döndərən qəd-qamətini,
Dirildib sevgini, məhəbbətini,
Kaş bədbinliyini boğa biləydim.

Eşqin xəyalmış, xəyalın yalan,
Qış kimi soyuqmuş, düşüncələr talan,
Səninçün bahar olub, könlünə axan,
Kaş nəfəs tək içinə dola biləydim.

Bacarmadı səninlə çarpan ürəyim,
Sevgini tutmağa çatmadı qəlbim,
Yetişmədi ünüm, yetmədi səsim,
Kaş oxuna kaman ola biləydim.

 Səninlə qurduğum bütün arzularım,
Sevgi dolu saf, təmiz, pak xəyallarım,
Sınıb yox oldular, harda axtarım?
Kaş itən düşlərimi tapa biləydim.
Kaş səndən mən sevgi duya biləydim. 

Şərhlər(3)
121 oxunma
Şerlər

TALEYİN HÖKMÜ

Şəbnəm Həsənəlizadə
Aprel 21, 2008 21:21



İlahi, bilmədiyimiz yazılı ömürdə
qanunsa hökmdür sevib-sevilmək
bəs qaranlıq tənha gecələrdə
yalnızlığı anmaq, axı nə demək?

Şimşək çaxmasa da qara buludların
göz yaşı, damlası çatacaq yerə.
Varmı görən cavabı dolu sualların?
yerində buz yağışı tək batacaq mənə.

Sanki könlümüz incə xəyalları,
qanadlarda uçurur bildirməyərək
elə könlümüz tək şüşə arzuları
bir an yerə salıb sındıraq gərək?

Yoxdurmu mənası fani dünyanın
görəsən yaşamaq çoxmu çətindir?
Sevgidir ağası indi həyatın
sevilmək bəlkə də necə də şirindir.

Taleyin, qismətin hökmünə kölə
bəlkə də sevgiyə yenik düşmüşük
o zaman sevincə, kədərə görə
biz hər an yaşayıb, hər an ölmüşük
həyat bizi sadə: ağlı-qaralı
biz, demə, həyatı rəngli görmüşük...
 
 

Şərhlər(10)
160 oxunma
Şerlər

Fitilburq

Şəbnəm Həsənəlizadə
Aprel 21, 2008 19:58

 

 

İnsan yaşadığı müddətdə, istədi istəmədi, həyat, qismətin hazırladığı paydan mütləq ona daddıracaqdır. Mən də həyatın daha olqun qapısını döydüm və sakini oldum. Bu hər kəsin həyatında baş verir. (Öncə yaşca məndən böyüklərdən üzr istəyirəm.) Mən ailə qurdum. Amma mənim atdığım addım yalnız bununla kifayətlənmir.

Davamı...

Şərhlər(10)
208 oxunma
Həyata baxış.


  Yazılar cəmi: 14    Sonrakı səhifə »


© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com