Reklam verin!

Mürəkkəb dolu qələm.

Blog Haqqında

Şəbnəm Həsənəlizadə
Düşüncələr, düşüncələr, düşüncələr. Razı və ya narazı fikirlər. Bir sözlə yaşım böyük olmasa da bu gənc çağımda həyata baxışım, həyatda gördüklərim, gördüklərimdən çıxartdığım nəticələr. Böyüklərdən, atalardan üzr istəyirəm, azacıq da məsləhətlərim.

Arada şer, hekayə də oxuyacaqsınız. Mən nə şairəm, nə yazıçı. Yəni peşəkar deyiləm. Sadəcə arada gələn ilhamı səhvli-düzlü yazıram, xatirələrə düzürəm.

Blogumu ziyarət edənərə bəri başdan minnətdarlığımı bildirirəm.

Axtarış

Bölmələr

Arxiv

Sorğu

Bloguma xoş gəlmisiniz! Bir deyin görüm, bəs, hardan?





Sayqaç

  • İndi blogda: 23
  • Keçən ayın hiti: 3948
  • Dünənki hit: 218
  • Bugünki hit: 117
  • Ümumi hit: 18667


My BlogCatalog BlogRank

Müxtəlif

Ölümü çağırıram!!!

Şəbnəm Həsənəlizadə
İyun 25, 2008 22:56

 
Doğulandan bu bəxtim,
qara gətirib, bilirəm,
mən ki, nahaq demirəm.
Gərəksizdir sandılar,
dünyaya gəlişimlə,
məni bələk yerinə,
bir paketə bürüyüb,
məni beşik yerinə,
zibil qabına atdılar.
Gəlmədi mənə ölüm,
o gündən yaşayıram.
Döydülər, söydülər,
saçlarımı yoldular,
incitdilər, yıxdılar,
ürəyimdən vurdular,
sinəmi dağladılar..
Bədənim qamçı-qamçı,
qəlbim isə yaralı..
bu qamçılı bədəni
3 qəpiyə satdılar
bu çart olmuş ürəyə,
bir də qamçı vurdular,
vurdular, sındırdılar.
Sonra da damğalayıb,
adıma ləqəb taxdılar.
Şanlı oldum aləmdə
tüpürcəyə qərq oldu,
bədənim tək üzüm də..
Qamçılar bitdi getdi,
yerində daş izləri,
daş gülləri yetişdi
Mən küstüm bu həyatdan
bir tək ölümə sığındım
gözümdə yoxdu heçnə,
bircə ölüm, bircə xilas.
Beynim zillənib ipə
dedi ki, özünü as.
Asdım...
Üzümdə rahatca bir
təbəssüm də oyatdım.
İtələyib masanı
var gücümlə aşırdım
Ehh.. dar da məni sevmədi
almadı, götürmədi
Masa yerə aşan kimi,
ipim ipdən açıldı
son ümidim,
xilaskarım qırıldı
Məni də yerə atıb
qollarından ayırdı..
Ölüm də üzdü məni
almadı öz qoynuna
Qayıdıb o küsdüyüm
həyatımla barışdım
Barışdım da,
yana-yana alışdım.
Ölü olan ruhumla,
ölümün gəlişini
dəqiqə-dəqiqə,
anbaan
bədənimə çağırdım
İnsan kimi doğuldum,
heç yerinə qoydular,
yaşama nifrət etdirib,
ölümü arzulatdılar.
Içim ölü, çölüm diri,
Keçir günümün də biri
Hər gün vidalaşıram
ölümün gəlişini,
dəqiqə-dəqiqə,
anbaan
canıma çağırıram...

Şərhlər(11)
106 oxunma
Şerlər
ölüm damğa dəqiqə qamçı beşik 

1

Shebnem, tebrik edirem. Ugurlu alinib. smile Cox sagol. redface

İyun 25, 2008 23:13
2
Ruzigarim yazıb:

Roma imperiyasina aid filmlerdeki qullar yadima dusdu
Bir de qamcilara dozub "la ilahe illellah" deyen zenci qul Bilal.
Bir de indi insan alveri ile mesqul olanlarin qurbanlari sad
ALLAH hec kesin haqqini yerde qoymaz!

İyun 25, 2008 23:36
3
RAUL yazıb:

OLUDEN DANISHMA QORXURAM lol lol
SOZ VERKI OLUDEN SER YAZMAYACAQSAN TAsmile
ELADI DOSTIK BEYENDIM COX GOZEL ELLERINE SAQLIQ TURKLER DEMISHKEN

İyun 26, 2008 11:23
4
Şəbnəm yazıb:

redface Blogcu безумец qarda.Sən də sağ ol. Məndən düz əməlli şer gözləyirdin, deyəsən alınıb həə??? smile

***************************************************************

Ayyy Ruzigarım demə-demə. Dünyada o qədər fərqli dərdlərlə yananlar var ki, insan hamısından yazarmı, yazmazmı, buna bir ömür yetərmi, yetməzmi bilmirsən. sad

*********************************************************

Qorxma Raul.
Vallah söz verə bilmərəm ki, yazmayacağam bu barədə, yalançı çıxaram.
Ölümü hər an xatırlamaq lazımdır ki, ondan qorxmayasan. Hamımıza ölüm var, ondan qorxma, bil ki, o var..Bilirəm ki, sən zarafat edirsən, sadəcə bu sözləri yazmaq istədim.
Diqqətin üçün sağ ol. smile

İyun 26, 2008 11:57
5
Gunel yazıb:

Salam.blogunuzu beyendim cox qesengdir..
Size butun islerinizde ugurlar.

İyun 26, 2008 21:11
6
Şəbnəm yazıb:

Salam Günel.. Ziyarətin üçün çox sağ olsmile
Günel bloqunun ünvanını səhv yazmısan. Bap-balaca bir səhv. Başqaları sənin bloquna keçə bilsin deyə düzəltdim: umudsuz.azeriblog.com

İyun 26, 2008 21:50
7
Emir kerkuklu yazıb:

Çox Güzel tebrik ederim beğendim yüreğim göre oldu...nice nice böyle güzel şiirler Sizden bekliyecem...

İyun 29, 2008 20:41
8
Vuq@r yazıb:

Olduqca ecazkar........ suprised Agzim aciq qaldi..........Sebnem insan hisslerini cox gozel sozlerle ifade etmisen...


Seri oxuduqca sanki yasadim....ele bildim bunlar menim yuxumdur.....bunun yuxusu bele qorxuducudur......>>>Olum<<<<........Adi gelende diksinirem.....Ona gore yox ki olumden qorxuram .....ona gore ki heyatda yarimciq qoydugum seyler var.....bu mesuliyyeti boynumdan atib getmek olumden bele agirdir....

Sene minnetdaram bacim Sebnem....Ellerine saglik...bir yeni sey daha oyrendim.. smile

İyun 30, 2008 18:46
9
Şəbnəm yazıb:

Çox sağ ol Ay Vüqar.. Əlbəttə ki, görəcək çox iş var, insan yarımçıq qoymaq istəmir, amma, əcələ nə çarə?
Sən də çox sağ ol.. smile

İyul 1, 2008 18:10
10
ysfglryz yazıb:

bazı yerlerini anlamasamda anladığım yerler çok hoşuma gitti. eline gönlüne sağlık..

İyul 4, 2008 17:59
11
Şəbnəm yazıb:

Üzüldüm anlamadınız deyə.. Dilimiz bir olsa da təbii ki, fərliliklər var. Buna rağmen oxuyub, anlamağa çalışmısınız. Qürur vericidir. Çox sağ olun. Anladığınız qədər bəyəndiyiniz üçün də təşəkkürlər.

İyul 6, 2008 19:28

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha



© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com