Bəyaz gecələr
Şəbnəm Həsənəlizadəİyun 22, 2008 17:12
ulduzlu gecədə, ay işığında.
Danışdıq ürəkdən dünyalar qədər,
Sirdaş oldu bizə bəyaz gecələr.
Dünən, yəni, iyun ayının 21-dən 22-nə keçən gecə, burda (Sankt-Peterburqda) ən uzun bəyaz gecə idi. Gecə saat 11-12-də gün otağa elə işıq saçırdı ki, ele bil günortanı indi keçib. Dünən gece saat 12-yə 20 dəqiqə qalmış çıxdım eyvana şəklini çəkdim alışan günəşin, qürubun. Maraqlansanız bu Mücrüdə baxa bilərsiniz. Çox gözəldir. İstəyirəm bəyaz gecələr barəsində azacıq məlumat verəm.

Yerin Günəş ətrafında fırlanmasında onun hərəkəti elliptik bir müstəvi cızır. Bu müstəvi göy sferasının ekvator müstəvisi ilə 21-22 mart və 21-22 sentyabrda kəsişir. Birinci hala yaz bərabərlik, ikinciyə isə payız bərabərlik nöqtəsi deyilir. Bu iki müstəvi bir-biri ilə kəsişəndən sonra bir-birinden müəyyən bucaq altında aralanır. Ən böyük ayrılma bucağı 23.5 dərəcəyə bərabərdir. Şimal yarımkürəsi üçün bu bucaq təqvim vaxtı ilə 21-22 iyuna düşür ki, bu da ən uzun gün və ən qısa gecəyə uyğundur. Yerin şimal yarımkürəsində yerin fırlanma oxunun şimal qütbü günəşə daha çox meyillidir. Ona görə də Yerin şimal en dairəsində günün uzunluğu ekvatora görə daha çoxdur, belə ki, Şimal qütbündə bir müddət gecə olmur (və ya gecə çox qısa olur ). Göstərilən tarixdən sonra günün uzunluğu hər gün orta hesabla 4 dəqiqə qısalır və sentyabırın 21-22-də gecə ilə gündüzün uzunluğu vaxt hesabı ilə bərabərləşir və dekabr ayının 21-22-də ən uzun qış gecəsi və ən qısa qış günü ilə əvəz olunur.
Balaca bir şəkil çəkmişəm:

Çox maraqlıdır, elə deyilmi?
121 oxunma
Həyata baxış.
bəyaz gecə günəş şimal-qütbü





İyun 22, 2008 20:20salam . oxydum azacaq bildim nələr yazmişdın şəbnəm xanım. olardiyəsən ki Türku kələməsi ola ola niyə fars kələməsi işdədir sən - şimal ya payız - məgər şimalin türkusu Quzey dəyil və payızın türkusu Güz dəyil ? əlbəttə mən istəmirəm ki sənə türku öyrədəm sadəcə istəyirəm ki problımımı həl eliyəm - düzəldəm -
bu kələmələrin mənasını bilmədim : müstəvi . elliptik
sənin adın həsənəli zadə dir və iranlı ların adına oxşuyur zadə iranliların adının sonunda olar öcur ki ov rusların adının sonunda oalr . sözum budur ki nıyə Azərbaycanda türk adı qoymurlar ?