Reklam verin!

Mürəkkəb dolu qələm.

Blog Haqqında

Şəbnəm Həsənəlizadə
Düşüncələr, düşüncələr, düşüncələr. Razı və ya narazı fikirlər. Bir sözlə yaşım böyük olmasa da bu gənc çağımda həyata baxışım, həyatda gördüklərim, gördüklərimdən çıxartdığım nəticələr. Böyüklərdən, atalardan üzr istəyirəm, azacıq da məsləhətlərim.

Arada şer, hekayə də oxuyacaqsınız. Mən nə şairəm, nə yazıçı. Yəni peşəkar deyiləm. Sadəcə arada gələn ilhamı səhvli-düzlü yazıram, xatirələrə düzürəm.

Blogumu ziyarət edənərə bəri başdan minnətdarlığımı bildirirəm.

Axtarış

Bölmələr

Arxiv

Sorğu

Bloguma xoş gəlmisiniz! Bir deyin görüm, bəs, hardan?





Sayqaç

  • İndi blogda: 29
  • Keçən ayın hiti: 3948
  • Dünənki hit: 218
  • Bugünki hit: 123
  • Ümumi hit: 18673


My BlogCatalog BlogRank

Müxtəlif

Günahlar Muzeyi

Şəbnəm Həsənəlizadə
İyun 18, 2008 16:59

 

 



Neçə-neçə illər bunadn qabaq, bir muzey yarandı. Əslində bir də deyil, bir neçə. Dünya özü bir muzeydir, amma, mən dünyada olan başqa bir muzey haqqında danışacağam - “Günahlar Muzeyi”. Yəqin ki, mən günahlar muzeyi deməklə velosiped kəşf etmiş olmuram. Kim ki, oturub bu barədə dərindən düşünsə, o da belə bir nəticəyə gələcək və ya bundan başqa, maraqlı bir ifadə irəli sürəcək. Muzeydə nə istəsəniz var. Muzeydə yeləşdirilən işlərin yaradıcıları adi insanlardır. Hansı ki, demək olar ki, orda mənim də, sənin də, başqalarının da... işləri yer tutmaqdadır. Muzey indiyə kimi fəaliyyət göstərir, özüdə necə lazımdır. Yəni, ən öndə gedənlərdən biridir. Baxmayaraq ki, ora bilet də lazım deyil, sadəcə olaraq bir günah işləyirsən, bu qədər. Lakin, bu muzeyi öz dəyərli işləri ilə dolduran yaradıcı insanlar bilmirlər ki, nə qədər çox iş görəcəklərsə, o qədər də bədəl ödəyəcəklər. O biri dünyada bədəli ağır olacaq. Amma, bunu hiss etməyənə nə fayda?! Muzey genişləndikcə genişlənir, məhşulaşdıqca məhşurlaşır və get-gedə üstünüyə qalxır.

Deyirlər ki, çiyinlərimizdə mələklər var, hansı ki, biri (sol çiyin) günahlarımızı, digəri isə (sağ çiyin) savablarımızı yazır. Görəsən, dünyanı tərəziyə qoysaq, hansı çiyni ağır gələr? Görəsən, elə bir vaxt olacaqmı ki, günah, pis işlər, əməllər olmayacaq? Əlbəttə ki, elə bir vaxt, elə bir yer var: CƏNNƏT. O pak dünya. Amma, o cənnəti mən görəcəyəmmi? Mən, o günahsız, tər-təmiz dünyada yaşayacağammı? Bunu görmək, yaşamaq üçün gərək mən bu dünyada günahsız olam. Düşündükcə çox qorxuram. Allahdan hər zaman doğru yolda olmağımı, nəfsin qurbanı olmamağımı diləyirəm. Amma, yenə də çox qorxuram. Bəlkə nəyisə səhv edirəm, bəlkə kimisə incitmişəm nə vaxtsa? Ya CƏHƏNƏMƏ düşsəm, ya o əbədi əzabda yanıb-yanıb, yenidən dərilənib, yenidən yansam, o gözəl cənnətdə gözəlliklər içində yaşamaq dura-dura. Mən bunları düşünürəm, yəqin ki, mənim kimi düşünənlər də az deyil. Amma, bəs belə düşünməyənlər? Bax, onların nə düşündüyünü başa düşə bilmirəm.

Ürəklərdə sadəlik, sevgi yoxdur. Kobudluq, alçaqlıq baş alıb gedir.

 

Axı, heç kim, heç kimdən fərqli deyil, hamının bir bədəni, bir canı, iki gözü, iki qulağı, iki əli, iki ayağı ... var. Bu bir-birinizi bəyənməmək, bu kobudluq, bu paxıllıq nəyə lazımdır axı? 10 dəfə yox, 1 dəfə yaşayacaqsan. Nə üçün kimsə sən dünyadan köçəndə arxanca rəhmət oxuyacağına lənət oxusun. Bəs Cəhənnəmdən qorxmursanmı?

 

Uşaqları incidirlər, elə bil özləri uşaq olmayıblar, qocalarla məzələnirlər, elə bil qocalmayacaqlar. Yenə deyirəm, heç kim heç kimdən fərqli deyil, sənin də üzünə qırışlar, sənin də saçına ağlar düşəcək, sənin də belin büküləcək.

 

Qulaqları, başı, burnu yekə, gözləri çəp, ayaqları əyri ... olanlarla məzələnmək, onlara gülmək nə deməkdir? Allahın sənə verdiyi simaya, sağlam cana görə ona şükr etməlisən, digərlərinə gülüb, lağ etməkdənsə. Onun yerində sən də ola bilərdin.

 

Ananı döyən kim, atanı söyən kim.. Pozğunlq, zorakılıq, ədəbsizlik baş alıb gedir, özüdə elə adi hala çevrilir ki, indi biri çıxıb yazacaq ki, -"müasir zəmanədi". Zəmanə müasirdir, amma, bunlar müasirlikdən deyil, sən qudurmusan. Bu müasir zəmanə də vaxt gələcək keçmiş olacaq. Sən də keçmiş olacaqsan. O biri müasir zəmanənin gözündə sən də köhnə olacaqsan.

 

Niyə ürəklərdə sadəlik yoxdur?  Çoxlarının burnu göydədir, nədir-nədir ki, cibi pulla doludur, 5 ali təhsil alıb, ildə nə bilim neçə dəfə xaricə uçur və s. ... . Nə olsun? Bunun nəyi ilə öyünürsən, ürəyin ki yoxdur, ağlın ki, yoxdur..Mən kasıbam, universitet oxumamışam, bəlkə savadımda yetərincə deyil, amma, bu o demək deyil ki, məni saymamaq, adam yerinə qoymamaq lazımdır. Özümdən razı deyiləm, dağları mən yaratmamışam ki, yuxarıdan aşağı baxım. Kiminsə gülüşünə, sevincinə səbəb oluramsa, bu xoşbəxtlikdir. Mən Allahlığımla, ürəyimlə, sadəliyimlə fəxr edirəm. Bəs sən nəyinlə fəxr edirsən. Günahlarınlamı?

 

Hər anım, başımın üstündəki tavan, ayağımın altındakı döşəmə, üstünə uzandığım döşək, üstümə örtdüyüm yorğan, yediyim çörək, içdiyim su üçün Allaha şükr edirəm. Çünki, bilirəm ki, mən evdə, tox, isti yorğan-döşəkdə mışıl-mışıl yatdığım an, evsiz-eşiksiz, ac, ayaqyalın, soyuqdan donanlar var. Şükr etməyi, əfv diləməyi bacar.

Ey insanı bəyənməyən insan! Bir dayan da, düşün! Heç vaxt gec deyil, ürəyindən kini, paxıllığı, pisliyi sil, ümumiyyətlə, ürəyinin daşını sındır, buzunu ərit.

Allah bizi hər zaman doğru yolda tutsun, səhv əməllərdən çəkindirsin, günahlarımızı bağışlasın, nəfsin qurbanı olmayaq. Allah xəstələrə şəfa versin, insanlara can sağlığı. Ölənlərə rəhmət eləsin. Hər zaman hər birimizə kömək olsun. AMİN.

Günahlardan çəkinin, bağışlanmağı diləyin, şükr edin, dua edin. 


Şərhlər(20)
157 oxunma
Həyata baxış.
günah muzey cənnət cəhənnəm mələk 

1
EsmaNur yazıb:

Şebnem,bele yazılarını çox sevirem.sebirsizlikle de gözleyirem. nedense şerlerle aram yoxdur rolleyes

Yazın... inanırmısın,tam da yoldaşımla oturub bu haqda danışırdıq,nete geldim yazını oxudum,doğurdan da çox gözel tevafuk oldu.
Yoldaşımla ölümden danışdıq sonra,dünya hayatının çox qısa oluşundan ve Allahın rızasını qazanmaq üçün çox az zamanımızın qaldığından.tam bir tevafuk oldu yazın heqiqeten.

Azerbaycan dilinde gözel danışan,qelemi gözel olan insanların bu cür yazılar yazmasını sevirem ve bu cür yazıların artmasını dileyirem.

Düşünen,tefekkür eden,ders alan könül sahiblerinden olmaq arzusu ile..

Allaha emanet ol.

İyun 18, 2008 18:25
2
Vüsal yazıb:

shocked

İyun 18, 2008 18:33
3
Vuq@r yazıb:

AMIN.Cox gözəl movzuya toxundun Şəbnəm.Deyirəm dünyanın ən vicdansızı da bu yazını oxusa vicdana gələr. smile Düşünən ağlın yazan əllərin var olsun.Mən də sənin yazdığın hər sətri ,hər dəyərli fikrini dəstəkləyir və bacardığım qədər burda qeyd etdiyin "cirkin" əməllərdən uzaq olmağa çalışıram.Qiymətin Allah versin .




Imtahan həyatdır,insan ag kagız
Kimi savab yazdırar ,kimisi günah
Qiymeti o biri üzündü yalnız
Verecek o əlçatmaz ,yaradan Allah

Hörmətlə Vuqar

İyun 18, 2008 20:28
4
Şəbnəm yazıb:

EsmaNur diqqətin, gözəl sözlərin üçün çox sağ ol. Həqiqətə də hər an nə baş verəcəyini insan bilmir. Kim bilir ki, 2 dəqiqədən sonra başına nə iş gələcək? Ona görə də çalışmaq lazımdır ki, Allahın qəzəbinə səbəb olmayasan.
Allah hər zaman köməyimiz olsun.

****************************************************

confusedAy Vüsal qardaş, bu (shocked) nə məna verir? Başa düşmədim redface

****************************************************

Təki vicadana gələlər Ay Vüqar, təki. Allah səni də hər zaman qorusun, öz ağlınla, fikrinlə heç vaxt doğru yolundan dönmə, nəfsin qurbanı olma, pis təsir altına çalış ki, düşməyəsən. Allah həmişə köməyin olsun, şerdə dediyin kimi, Allah özü qiymətləndirəcək doğrunu, səhvi.
Çox sağ olsmile

İyun 19, 2008 16:00
5
Vüsal yazıb:

Susmaq razılıq əlamətidir... Amma bu smaylik - shocked mənim utancımı da dilə gətirir...
Əliniz qolunuz var olsun Şəbnəm!

İyun 19, 2008 22:00
6
Ruzigarim yazıb:

Salam, Shebnem, onu deyim ki, bu cur movzular yazanda seni oxumaqi cox sevirem, ele sheirlerini de sevirem, amma bunun ayri yeri var.
Her halda sen o qeder sozler yazmisan ki, mence yazacaq daha bir shey qalmayib.
Men ne elave ederdim? Indi her sheyin adini deyishdirmekle etdiklerine haqq qazandiran insanlara baxib teessuf edirem.Teessuf edirem ki, onlarin aglini duzelde bilmirem, teessuf edirem ki, coxlari bu yolla gedirler, teessuf edirem ki, bu menim de heyatima tesir edir...cox vaxt pis tesir edir.
Amma bu-yeni bunlara tessuf etmek ozu bir axmaqliqdi, dunyani nece duzeltmek olar?
Gerek deyek ki- sizinki sizde, bizimki bizde.Ve calishaq ki, onlara oxsamayaq.
Cox gunah isledib ozunu haqli sayan insanlari gorende ilk oncede qelbimde qorxu yaranir- qorxuram ki men de onlara benzeyem, qorxuram dusunende ki, belke men de eleyem, amma derk elemirem. sad

İyun 19, 2008 23:06
7
Şəbnəm yazıb:

Hmm..Vüsal, başa düşdüm indi. redface

****************************************************************************

Ehhh..ay, Ruzigarım! O qədər, o qədər istəyirəm ki, hər şey başqa ola. Amma, mən nə edə bilərəm, nəyi dəyişə bilərəm ki.. Sadəcə bir bəndəyəm, çox şeyə qəzəblənən, çox şeyə ürəyi yanan, amma, yenə də nikbin, nəyinsə bəlkə nə zamansa düzələcəyinə ümid edən bir Allah bəndəsi.
Allah sənə də kömək olsun hər zaman. Heç vaxt çalış təsir altına düşmə. Əsla. Öz ağlın, öz fikrin var. Təsir olsa da yaxşı şeydən olsun.
Allaha əmanət olsmile

İyun 20, 2008 12:06
8
Damla yazıb:

Gözəl yazmisan, yazı da gözəıdir sonuncu abzasdakı arzularin da. Bu cümlənə ürəkdən bir AMİN!!!
"Hər zaman hər birimizə kömək olsun." AMİN.

İyun 20, 2008 12:38
9
Şəbnəm yazıb:

Amin Damla, Amin!!!

İyun 20, 2008 14:25
10
Yurdman yazıb:

salam
mən iran Azərbaycanın nanam və latin Azəri çox yaxşi başarmıram olar diyəsən yazdığin kələmə nin mənasi nəmənədir?
üzücüdür?

İyun 20, 2008 18:29
11

Sizce...Niye?
bence Biz onu yaşatmırız...günah bizde

İyun 20, 2008 21:36
12
sima yazıb:

Axı, heç kim, heç kimdən fərqli deyil, yazırsan. Amma belə deyil. İnsanlar cismani ozşardır, amma ruhən fərqli. Sinələrdə döyünən hər ürək də mərhəmət və sevgiylə dolu deyil, əfsuslar...

İyun 20, 2008 22:14
13
Yurdman yazıb:

salam
oxudum gözəl yazmışdın .amma hammı insanlar dünyada günah edir lər sən heç bir insan tapanmssan ki dünyada günah sız yaşiya əlbəttə imamlardan sora ( muhmməd - ali və ....) amma əgər biz Allah tərəfə getsəx Allah bizim o birsi günahlarımızdan keçəcək dir .amma əyer bu arada bir insana günah etsəx allah o günahdan keçməz. allah hammımıza rəm eləsin . amin

bu kələmələrin mənasını bilmədim ( velosiped - öndə - kobudluq - mışıl-mıçıl - dua edin ) əgər olsa buların mənasını mənə deginən . sayqılar

İyun 21, 2008 7:38
14
Taleh yazıb:

Xoşum gelmedi
Ancaq bəzi cümlələr yaxşıdı

İyun 21, 2008 12:09
15

salam
qaldırım ayaqlarının altında yeni bir bloq achmişam və sizin sevimli ayaq izlərinizi habelə dəyərli sərhlərinizi gözləyirəm.
buyurun lütfən

hrmətlə
elyad musəvi

İyun 21, 2008 15:08
16
Şəbnəm yazıb:

Salam Yurdman. Ziyarətiniz və fikirləriniz üçün çox sağ olun. Mən bilirəm ki, hamı günah işləyir. Mən də bəlkə nədəsə günah edirəm. Amma, günahsız insan yoxdur deyib də, onsuzda hamı günah edir deyib, mən də etsəm nə olar ki?! Sizcə beləmi olmalıdır? Mən hələ çox şeydən danışmamışam, nəzərdə tutduqlarım sadəlik, sevgi, mehribançılıq ... və s bunların olmamasıdır məni yandıran..Amin, Allah hamımıza rəhm eləsin..

VELOSİPED- bilmirem necə deyim.. Minik vasitəsidir, 2 təkərli olur, sürürlər onu.

ÖNDƏ- "ilk sıralarda", "başda", "qabaqda" mənasındadır.

KOBUDLUQ- sərtlik, çox ağır tərz.

MIŞIL-MIŞIL- yəni çox şirin yuxudayam.

DUA EDİN- Allaha üz tutub, ona dua etmək, ondan nəsə diləmək, bağışlanmaq istəmək. Ümumiyyətlə Allah üz tutub, əl açmaq, ona müraciət etmək...

İnşallah aydın oldu bu sözlərin mənasısmile

İyun 21, 2008 16:45
17
Şəbnəm yazıb:

Salam Emir Kirkukulu. Sizin şərhinizi başa düşdüm. Başqa oxuyanlar da çaşmasın deyə, bildirirəm ki, Emir bəyin bloqunda yazdığım bir şərhə cavabdır. Sadəcə cavabı bura yazıb və mən də yerləşdirdim.
Düzdür Emir bəy, biz onu yaşatmağı bilmirik. Amma, mən çalışacam onu yaşadam..

*************************************************************************

Sima xanım sizinlə razılaşıram, cismanı oxşardılar, ruhən fərqli. Amma, heç nə heç kimə əsas vermir ki, kiminləsə məzələnsin. Düzdür, sözünüzə qüvvət, əfsuslar olsun ki, hər ürəkdə mərhəmət, sevgi yoxdur. Mənim də dediyim elə budur; başqa pəncərələrdən çıxır, amma, yenə də eyni qapıya gəlir, Sima xanım..

********************************************************************

Salam Taleh bəy. Təbii ki, sizin şəxsi fikrinizdir, hörmət edirəm, amma, xoşunuza gəlməyən nədir? Pis olan nədir burda- insanların günah işləməməsini, heç olmazsa ən azından səhv işlər törətməməsinə çalışmalarını istrəməyimmi? Bəzi cümlələr yaxşıdır deyirsiniz. Mən burda söz gözəlliyinin sərgisini yaratmamışam.
Ziyarətini və zamanınızı ayırıb oxuduğunuz üçün çox sağ olun.

*******************************************************************************

Salam Elyad Musəvi. Çox sağ olun, mütləq baxacamsmile.

İyun 21, 2008 17:03
18
Yurdman yazıb:

SALAM
belə bildim ki Azeriblogda rəsmidir ki adamım sualının cavabın elə o soruşduğu veloqda verirlər axi blogfa saytinda belə bir rəs yoxdur .
ancaq mən elə buna çox raziyəm ki sən mənim soruşduğuma cavab verəsən.
əllərin arğımasım bilmədiğim sözlərin mənası aydın oldu.
əgər gənədə yazdığın sözlərinin mənasını bilməsəm soruşa bilərəm ?
yəni mənə kömək eliyərsən ?
yaşa یاشا

İyun 21, 2008 17:29
19
Şəbnəm yazıb:

Əlbəttə ki, bacardığım qədər kömək edərəm. Xətrinizə indi keçib, cavabımı sizin bloqunuzda da yerləşdirəcəm.smile

İyun 21, 2008 18:14
20
ELMARDO yazıb:

http://jamaatulhaqq.com/index.php

İyun 28, 2008 15:49

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha



© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com