Reklam verin!

Mürəkkəb dolu qələm.

Blog Haqqında

Şəbnəm Həsənəlizadə
Düşüncələr, düşüncələr, düşüncələr. Razı və ya narazı fikirlər. Bir sözlə yaşım böyük olmasa da bu gənc çağımda həyata baxışım, həyatda gördüklərim, gördüklərimdən çıxartdığım nəticələr. Böyüklərdən, atalardan üzr istəyirəm, azacıq da məsləhətlərim.

Arada şer, hekayə də oxuyacaqsınız. Mən nə şairəm, nə yazıçı. Yəni peşəkar deyiləm. Sadəcə arada gələn ilhamı səhvli-düzlü yazıram, xatirələrə düzürəm.

Blogumu ziyarət edənərə bəri başdan minnətdarlığımı bildirirəm.

Axtarış

Bölmələr

Arxiv

Sorğu

Bloguma xoş gəlmisiniz! Bir deyin görüm, bəs, hardan?





Sayqaç

  • İndi blogda: 14
  • Keçən ayın hiti: 3948
  • Dünənki hit: 218
  • Bugünki hit: 105
  • Ümumi hit: 18655


My BlogCatalog BlogRank

Müxtəlif

Dünya, sən dinlə!

Şəbnəm Həsənəlizadə
İyun 15, 2008 16:31

 
 
İnildədir buz kimi yara könlümdə,
sızıldadır duz kimi gülüşlərim də
Kim biləcək təbəssüm, oyna üzümdə?!
dünya, qəlbimi dinlə, dilimi duyma.

Uymuşam taleyimin yaman səsinə,
qara bəxtim oyaqdır, oyaqdır hələ
oxuyuram, bəlkə, o, yuxuya gedə
dünya, laylamı dinlə, amma ki, yatma.

Bir sənin qollarına dirəndim helə,
mən sənin qucağına söykəndim yenə
Öldüm, torpağına sərildim, dinlə,
dünya, ağımı dinlə, amma, ağlama.


Şərhlər(11)
116 oxunma
Şerlər
dünya dinlə layla ağı təbəssüm 

1
Vuq@r yazıb:

Menali serdir.Bu seri oxuyanda sanki bir insanin bosluqda tutunacaq bir budaq axtardigini hiss etdim .Axtarir ama el tutacaq bir sey yoxdur .smile
onu da deyim insan hissleri yasamasa bunu bele tesvir elemez.

oxuyuram, bəlkə, o, yuxuya gedə
dünya, laylamı dinlə, amma ki, yatma.

Xosum geldi bu misradan .

Yeni dizayn da mubarekdir !!!!

İyun 16, 2008 0:06
2
Şəbnəm yazıb:

Elədir Vüqar, insan axtarır , amma, tutunacaq heç nə tapmır. Üsyan edir həyata. Kimə desin, nə desin?! Bir tək dünyaya deyir, hayqırır.

Çox sağ ol. Bəlkə bir az şıltaqlıq edim redface, sənə qoşuluram, yeni dizaynım mübarəkdir- he he grin

İyun 16, 2008 0:59
3
Yakup icik yazıb:

Sair olmayan fakat cok güzel siirler yazan sevgili Şəbnəm Həsənəlizadə usta sairlere tas cikartacak kadar siir yazmada basarili

Bir sənin qollarına dirəndim helə,
mən sənin qucağına söykəndim yenə
Öldüm, torpağına sərildim, dinlə,
dünya, ağımı dinlə, amma, ağlama.

son dörtlükler cezbediyor ruhumuzu...
tebriklerimle
wink

İyun 16, 2008 23:38
4
vahid yazıb:

selamar
çox gözəl
faydalandım.
sağ qalln

mende bir yeni şeir bloga goydum

İyun 17, 2008 22:42
5
Şəbnəm yazıb:

Yakup İcik, sözləriniz çox gözəldir. Təki həqiqətən də şerləri o duyudğum, yazmaq istədiyim və yazdığım mənalardan savayı, öz qaydasında yazaydım və onda yəqin ki, mən də balaca bir şairəm deyərdim.
Çox sağ olun smile

**********************************************************************

Vahid sizə də minətdaram, çoxdandır görünmürsünüz. Qəzəlinizi oxudum, bəzi misraları başa düşdüm, bəzilərini isə yox. Yenə oxuyacam diqqətlə ki, tam başa düşəmsmile.

İyun 18, 2008 15:08
6
Ruzigarim yazıb:

Yox,ee, Shebnem, sen mene cavanligimi cox xatirladirsan smile
Misalcun men o vaxtlar yazmisdim ki:
Insanlarin sozleri cox, gozleri yox
Sen de yazmisan:
dünya, qəlbimi dinlə, dilimi duyma.
ve s.ve i.a.

İyun 19, 2008 22:56
7
Şəbnəm yazıb:

redface

İyun 21, 2008 17:12
8
KELEBEK yazıb:

baciskaaa cox sagol serhin ucun.

bu seirin cox gozeldir. ele ozun kimi gozeldir. ehhh bezen adam yasamag istemir. hec kim hec kimi anlamir bu heyatda. haminin gozu puldadi. ondan da deyerli seyler unutulub gedib. adam deli olur bezen. sad

neyse ruhunu sixmayim. gozel seirler yazmag dileyi ile senden ayriliram.
Allah razi olsun@!

L.A.

İyun 22, 2008 1:30
9
Insanpayizi yazıb:

Şəbnəm xanim salam!
Sizin bizim qəzetlə əməkdaşlığıniz
təbii ki, şeirlərinizlə bə məqalələrinizlə bağlı olacaq.
Mən ilk öncə sizə əməkdaşlığımızı təstiq edən möhürlü bildiriş, bir müddət sonra isə jurnalist vəsiqəsi verəcəyəm. Əyər satirik yaziların olsa jurnalımızda da yazılarını verə bilərik. Daha ətrafli məlumat almaq üçün Azərbaycan Nəşriyyatə 2-ci mzrtəbə otaq 37 Haqqın Sədası redaksiyasina gələ bilərsiniz və ya 012 510 58 92, 055 854 66 44 nömrələrinə zəng edə bilərsiniz

Avqust 11, 2008 20:09
10

Bildirim ki Mollanəsrəddin XXİ-əsrdə
jurnalının da baş redaktoru mənəm

Avqust 11, 2008 20:18
11
Şəbnəm yazıb:

Salam Mehman bəy. Təklifiniz üçün çox sağ olun, şad oldum. Qəzetinizlə əməkdaşlıq etməyə razıyam. Amma, bir şeyi də qeyd edim ki, mən Azərbaycanda yaşamıram. Buna görə də bilmirəm bizim əməkdaşlığımız nə dərəcədə mümkün olacaq. Mən belə bir təklif edirəm ki, siz bloqumdan istədiyiniz şeri və ya yazını götürüb qəzetinizdə çap edə bilərsiniz (təbii ki istinadla) və ya mən sizə e-mail vasitəsilə yeni şer və yazılarımdan göndərə bilərəm. Möhürlü bildiriş və vəsiqənin verilməsi mütləqdirsə onları inşallah sonra Azərbaycan gəldiyim zaman alaram və ya qohumlarıma deyərəm sizinlə əlaqə saxlayıb götürərlər. Siz necə düşünürsünüz bu barədə?

Avqust 12, 2008 13:54

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha



© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com