Reklam verin!

Mürəkkəb dolu qələm.

Blog Haqqında

Şəbnəm Həsənəlizadə
Düşüncələr, düşüncələr, düşüncələr. Razı və ya narazı fikirlər. Bir sözlə yaşım böyük olmasa da bu gənc çağımda həyata baxışım, həyatda gördüklərim, gördüklərimdən çıxartdığım nəticələr. Böyüklərdən, atalardan üzr istəyirəm, azacıq da məsləhətlərim.

Arada şer, hekayə də oxuyacaqsınız. Mən nə şairəm, nə yazıçı. Yəni peşəkar deyiləm. Sadəcə arada gələn ilhamı səhvli-düzlü yazıram, xatirələrə düzürəm.

Blogumu ziyarət edənərə bəri başdan minnətdarlığımı bildirirəm.

Axtarış

Bölmələr

Arxiv

Sorğu

Bloguma xoş gəlmisiniz! Bir deyin görüm, bəs, hardan?





Sayqaç

  • İndi blogda: 34
  • Keçən ayın hiti: 3948
  • Dünənki hit: 218
  • Bugünki hit: 129
  • Ümumi hit: 18679


My BlogCatalog BlogRank

Müxtəlif

Dayan dedim..

Şəbnəm Həsənəlizadə
İyun 7, 2008 16:47

 

Dayan dedim,
bircə addım gəlmə belə
Buz baxışlı gözlərini,
gözlərimə zilləyibdə
Addımını ya geri çək,
ya dur dedim.

 

 

 

Dayan dedim,
axma qanıma zəhər kimi
Yoxluğunda çırpınacam
bu divardan o divara
üşüyəcəm o ki var haa
Axı get dedim, bu gecə get,
dönmə geri səhər kimi.
Dayan dedim,
çəkmə məni tütün kimi
ürəyinə
hərçənd ki, yox,
ciyərinə...
Nə düz dedim,
bir yol ki, yox o qəlbinə,
dayan,
dayan,
məni içinə alma belə.
Dayan dedim,
kimə dedim?
Sən dayandın, özüm gəldim.
Axı lap başdan mən bilirdim,
ona görə də dayan dedim,
bircə addım gəlmə belə
buz baxışlı gözlərini
gözlərimə zilləyibdə,
ürəyimi daş qəlbinə həbs edibdə
məni mənsiz etmə belə.

Yuxudayam,
oturmuşam bir aynanın qarşısında,
həyatımı izləyirəm.
Bu sevginin quyusunda
batışımı izləyirəm,
yatışımı izləyirəm
oyan dedim,
ay biçarə, dayan dedim
ürəyimdə sevgini yox,
gücsüzlüyü bəsləyirəm
aman dedim.

 

Şərhlər(20)
185 oxunma
Şerlər
dayan-dedim tütün qəlb addım yuxu 

1
Vüsal yazıb:

Şəbnəm tam da gəlirdim deyəm ki, heyran qoyan şeirlərinizi tələb edirəm. Səhifə açılanda ürəyim yerinə düşdü. Oxumağa başladım və birdən bitdi...

Əla... Çox gözəl!

Axı get dedim, bu gecə get,
dönmə geri səhər kimi.

Burasını həmən aldım ki, yaxaladığınız məqam əladı deyim. Sonra buna tən yerlərlə yenə qarşılaşdım. Əla...

Bütün şerlərinizi və postlarınızı birçcə birçcə oxuyuram. Heyran qaldıqlarıma isə mütləq şərh yazacam.
Bunun kimi...

çəkmə məni tütün kimi
ürəyinə
hərçənd ki, yox,
ciyərinə...

İyun 7, 2008 17:06
2
Vuq@r yazıb:

Serin gozel uslubu var.Bu cur uslublu serlerden cox nadir hallarda rast gelmisem.Sehv elemiremse bu serbest vezndedir.Maraqli serdir.BU serin esas menali terefi serde mechul terefin olmasidir.Seri oxudugun zaman sozlerin sexse muraciet seklinde oldugunu dusunursen .Ama diqqetle oxudugun zaman gorursen ki bu tam olaraq ya monoloqdur ya da insanin mucerred mevhumlarla sohbetidir (sevgi,ayriliq,xeyanet) .Bele serleri cox sevirem.Cunki bele seri insanlar dusunce guclerine gore anlayirlar.mes guclu dusunceye sahib insanlar daha gozel anlayirlar.

Hormetle Vuqar

İyun 7, 2008 17:26
3
Ruzigarim yazıb:

Xoşbəxtlik onu itirəndən sonra bilinir.
Belə yazmayın. sad

İyun 7, 2008 22:52
4
leyla yazıb:

Uxti! Sebi, ne zor serdi. bir defe oxdum, sonra yene de oxudum. smile

İyun 8, 2008 0:26
5
leyla yazıb:

Yadimnan cixdi
Hormetle Leyla grin

İyun 8, 2008 0:27
6
leyla yazıb:

smile
Sebi yene oxudum. Senin serlerin arasinda en sevimli bu oldu. Bununla da seni tebrik edirem..qiqi grin

İyun 8, 2008 16:30
7
Şəbnəm yazıb:

Vüsal çox sağ olun. Bəli, arada gecikirəm. Amma, çalışacam tez-tez bloqa yazı əlavə edəm. Diqqətiniz üçün şadam, minnətdaram.

*****************************************

Vüqar siz də çox sağ olun. Bəli sərbəst vəzndədir, amma, yenə də çalışdım ki, bəzi yerlərdə qafiyələr üst-üstə düşsün. Şer birinə ünvanlansa da, onu özünün tora düşdüyünə görə qınasa da, sonda həmən şəxs özünü qınayır. Başa düşür ki, o tora onu zorla salmayıblar, özü düşüb. Nə isə dərin bir şeydir. Sevgi belədir dəə, hərə bir cürə yaşayır, görür. Hərə bir cürə əzab çəkir, qınayır və s. və i.a. ...

*************************************************

Ruzaigarım sən şərhi mənə yazdın, yoxsa səndən qabaq şərh yazanlara?
Əlbəttə ki, bəzən yaxşı şeylərin dəyərini onları itirəndən sonra bilirik. Amma, mən çalışıram dəyərli olanlara vaxtında dəyər verim ki, sonra da itirməyim.
Bu sadəcə bir şerdir, hansı ki, çoxları bu hissləri keçirir, amma, bəlkə sən daha geniş açıqlayasan nəyə görə elə yazdın..

****************************************

Leylaaaaaaaaaa, deyəsən kefin sazdır. Caaan çox sağ ol ki bəyənib, təkrar-təkrar oxumusan.
Zarafatdan da ki, qalmazsan razz

İyun 8, 2008 16:51
8
kelebek yazıb:

sebnem salam. tesekkurler ki menim bloguma girmisen. men de girib seninkine baxiram. cox vaxt serh yaza bilmirem cunki internetim yaman gundedi ve bu asagdaki kod gorsenmir herden... ona gore yaza bilmirem. indi antivirus yukletmisem biraz ele bil duzelib grin baci sen niye bele gozel yazirsan ? smile)) ???? sen asiqsen bilirsen? kime ? //// sevmeden yaza bilmezsen. demekki sen cox sevirsen. ya da zamaninda sevmisen yazmisan defterde qalib. ya da ele indi de sevirsen. men de zamaninda yazirdim. o demek deyilki indi sevmirem indi de sevirem ve cox xosbextem sadece yaza bilmirem indi sad tesuf. opurem ellerine saglig ureyine saglig. ozune yaxsi bax. hemise bele ol!

İyun 8, 2008 19:44
9
Ruzigarim yazıb:

Şebnem sözümü açıqlaya bilmərəm. Sadəcə onu deyirəm ki, şair təbiətli insanlar istənilən vaxt acıdan və əzabdan yaza bilirlər smile
Şeirdə həqiqətən çox maraqlı momentlər var. Ümumiyyətlə sənin şeirlərində bəzi uyğunsuzluqlar olsa da, elə mənalar,məsumluq var ki, başqa nəzərə almamaq olar.
Hə bir də, səni oxumağı xoşlayiram, çünki mənə 17-18 yaşımı xatırladır, amma bilmirəm niyə smile

İyun 8, 2008 22:23
10
RAUL yazıb:

GOZEL SERDI BEYENDIM BU SER HANSI VEZNDEDI ?

İyun 9, 2008 19:54
11
Şəbnəm yazıb:

Ruzigarım düzdür mən də razılaşıram ki, uyğunsuzluqlar var, amma, yazıramdaa həvskarca. İlahi, görəsən nə zamansa tər-təmiz, səhvsiz şer yazacağammı?!. Nə isə inşallahsmile. Şerlərin bəzilərini çoxdan yazmışam, bəlkə ona görədir ki, sənə 17-18 yaşlarını xatırladır wink

***************************************************

Raul sərbəst vəzndədir, amma, çalışmışam həm sərbəst olsun, həm də bəzi yerlərdə qafiyələr üst-üstə düşsün. smile

İyun 10, 2008 13:25
12
Yakup icik yazıb:

güzel ve anlasilir bana göre cünkü azeri dili ile yazilmis yazi, siir vb..yavas okuyorum anlayabilmem icin sahiden biz Türklerin ruh güzelligi bir baska ruhu cezbedecek edecek kadar güclü Türk Edebiyati ile...

bir kez daha kutluyorum sevgili Şəbnəm Həsənəlizadə...

sevgilerimle

İyun 16, 2008 23:43
13
Şəbnəm yazıb:

Təki bu ruhumuz heç vaxt yorulmasın, dayanmadan canlansın, yazsın.

İstərdim ki, bütün oxuduqlarınızı anlayasınız, ən əsası da ki, şerləri. Şerin ruhunu, nə demək istədiyini və nə dediyini bilmək çox vacibdir. Əgər anlamazsaq o şeri o zaman nə mənası olacaq ki?! Mən başa düşürəm ki, dilimizdə bəzi fərqli sözlər var ki, bunları hamı bilə bilməz. Amma, dilimizdə bəzi fərqli sözlər olsada, yaxşı ki, dilimiz birdir və başa düşə bilirik. İnşallah yazdıqlarım sizə qaranlıq qalmaz. Əgər hər hansısa bir şerimin hansısa misrasını anlmasanız mənə deyin. Çalışaram sizə aydınlatam.smile

İyun 18, 2008 15:16
14

Gozel sherdir. smile Amma en cox beyendiyim misralar...

Axı get dedim, bu gecə get,
dönmə geri səhər kimi.

Yuxudayam,
oturmuşam bir aynanın qarşısında,
həyatımı izləyirəm.
Bu sevginin quyusunda
batışımı izləyirəm,
yatışımı izləyirəm
oyan dedim.

Senin yazini bizimki e-jurnalda da oxumusham. Gozel yazirsan. Hemishe yarat. redface

İyun 18, 2008 18:24
15

ŞƏBNƏM XANIM UGURLAR.HƏR ŞEY KÖNLÜNÜZCƏ OLSUN.BU GÜNÜN HƏVƏSKARISINIZSA SABAHIN PEŞƏKARI OLACAQSINIZ.HER ŞEY GÖZEL OLACAQ.

İyun 19, 2008 19:26
16
Şəbnəm yazıb:

Bəli Bizimki.org da da hekayəm çıxıbredface.
Bəyndiyin üçün sağ ol bloqçu qardaş.

****************************************************************

Siz də çox sağ olun Aysel xanım. Ruhlanır insan. İnşallah, ümid edirəm ki elə də olar. Uğur ola smile

İyun 19, 2008 19:51
17
Divane yazıb:

hee bu serbest vezn yaman cetin vezndi hem hecasi duz olmalidi hemde serbest gorsenmelidi...
bu seri beyendim cunki xeyali tesvir cox gozeldi ve muasirlesmeyib
sene ugurlar sebnem birde heveskarcasina deme hec kim sair dogulmayib
bir daha ugurlar!!!

İyun 21, 2008 3:39
18
Şəbnəm yazıb:

Minnətdaram sizə Divanə. Sadəcə özümə şair deyə bilmirəm. Mənim hələ öyrənəsi çox dərsim var.smile

İyun 21, 2008 17:14
19

Şəbnəm xanim, deyim üslubunuzu çox bəyənirəm. Bizim qəzetimizlə əməkdaşliq etsəniz şerlzrinizi qəzetimizin səhifələrində hər kəs oxuyar.

Avqust 10, 2008 22:18
20
Şəbnəm yazıb:

Salam Mehman bəy.. Bəyəniniz məni çox sevindirdi. Çox sağ olun.
Qəzetinizlə əməkdaşlıq üçün nə etməliyəm, bunun üçün nə etmək lazımdır?
Qəzet haqqında da bilmək maraqlı olardı. smile

Avqust 11, 2008 17:51

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha



© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com