Reklam verin!
Yuma Ailə Jurnalı

Blog Haqqında

Şəbnəm
Düşüncələr, düşüncələr, düşüncələr. Razı və ya narazı fikirlər. Bir sözlə yaşım böyük olmasa da bu gənc çağımda həyata baxışım, həyatda gördüklərim, gördüklərimdən çıxartdığım nəticələr. Böyüklərdən, atalardan üzr istəyirəm, azacıq da məsləhətlərim.

Arada şer, hekayə də oxuyacaqsınız. Mən nə şairəm, nə yazıçı. Yəni peşəkar deyiləm. Sadəcə arada gələn ilhamı səhvli-düzlü yazıram, xatirələrə düzürəm.

Blogumu ziyarət edənərə bəri başdan minnətdarlığımı bildirirəm.

Axtarış

Peyk TV antennaların satışı və quraşdırılması

Başqa keçidlər

Sorğu

Bloguma xoş gəlmisiniz! Bir deyin görüm, bəs, hardan?





Sayqaç

  • İndi blogda: 2
  • Keçən ayın hiti: 9563
  • Dünənki hit: 761
  • Bugünki hit: 6
  • Ümumi hit: 50335


My BlogCatalog BlogRank

Müxtəlif

UZAQLAŞDIM

Şəbnəm
May 25, 2008 16:40

 

 
Uzaqlaşdım,
qollarından uzaqlaşdım,
əllərinçün darıxdım.
Saçlarıma tumar çəkən,
əllərindən uzaqlaşıb,
oxşamançun darıxdım.
  
Uzaqlaşdım,
qucağından uzaqlaşdım,
istin üçün darıxdım.
isti-isti nəfəsindən uzaqlaşıb,
layla balam,
layla deyən dilin üçün darıxdım.

Uzaqlaşdım,
Ana səndən uzaqlaşdım,
Sənin üçün darıxdım!
Ana, səndən uzaqlaşıb,
Sənin üçün darıxdım!





Şərhlər(11)
209 oxunma
Şerlər
uzaqlaşdım ana darıxdım layla-balam qucaq 

1
Vuq@r yazıb:

Şəbnəm bacim bu dəfə də şerin məni valeh etdi.Çox mənalı şerdir.Sanki bu şerdə həsrət hiss elədim.Heç kim həsrət cəkməsin
Amin

Hörmətlə Vüq@r

May 25, 2008 17:35
2
Şəbnəm yazıb:

Amin.

Bəli Vüqar, şerdə həsrət var. Kim də bilməsə mən yaxşı bilirəm sad.

May 25, 2008 17:42
3
RAUL yazıb:

VALLAH TUKLERIM BIZ BIZ DURDU NE GOZELDI BU SER MENI KOVRELTDI LAP TEWWEKUR EMEYE HORMET

May 27, 2008 10:36
4
Ruzigarim yazıb:

Ağladassan məni. Birinci dəfə anamdan ötrü Şamaxıda yay praktikası üçün qalanda darıxmışdım.
cry Sənin halını təsəvvür edirəm

May 27, 2008 22:59
5
Şəbnəm yazıb:

rolleyes

Mən darıxsam da olar, təki canları salamat olsun.

May 28, 2008 12:14
6
araz yazıb:

şebnem xanim
nejasiz
bas siz haralisiz,
heç tabriza galmisiniz
janobi azerbayjandan na bilirsiniz

May 29, 2008 10:52
7
KAMA yazıb:

SEBNEM GOZEL BEYENDIM BIZIM UNUDULANLAR SAYTINA NIYE GELMIRSEN DEYEN YADDAN CIXMISHIQ confused

May 29, 2008 23:13
8
Şəbnəm yazıb:

Salam Araz, mən yaxşıyam, çox sağ olun.
Mən Şimali Azərbaycandanam. Təbrizdə heç olmamışam, amma, şifahi, az-çox məlumatım var. Təbii ki, istərdim özüm də oraları gəzəm, görəm.

May 31, 2008 20:15
9
Şəbnəm yazıb:

Yox Kama unudulanları mən unutmuram)))
Zarafat bir yana, neçə vaxtdır vaxt ayırıb heç bloguma da diqqət yetirə bilmirəm, inciməyin...

May 31, 2008 20:17
10

Cox xoshuma geldi. Elleriniz var olsun. smile

İyun 7, 2008 12:05
11
Şəbnəm yazıb:

Çox sağ ol, blogçu))

İyun 7, 2008 16:12

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha



© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com