Reklam verin!

Mürəkkəb dolu qələm.

Blog Haqqında

Şəbnəm Həsənəlizadə
Düşüncələr, düşüncələr, düşüncələr. Razı və ya narazı fikirlər. Bir sözlə yaşım böyük olmasa da bu gənc çağımda həyata baxışım, həyatda gördüklərim, gördüklərimdən çıxartdığım nəticələr. Böyüklərdən, atalardan üzr istəyirəm, azacıq da məsləhətlərim.

Arada şer, hekayə də oxuyacaqsınız. Mən nə şairəm, nə yazıçı. Yəni peşəkar deyiləm. Sadəcə arada gələn ilhamı səhvli-düzlü yazıram, xatirələrə düzürəm.

Blogumu ziyarət edənərə bəri başdan minnətdarlığımı bildirirəm.

Axtarış

Bölmələr

Arxiv

Sorğu

Bloguma xoş gəlmisiniz! Bir deyin görüm, bəs, hardan?





Sayqaç

  • İndi blogda: 11
  • Keçən ayın hiti: 3948
  • Dünənki hit: 218
  • Bugünki hit: 102
  • Ümumi hit: 18652


My BlogCatalog BlogRank

Müxtəlif

Şüursuz (heyvan) insan.

Şəbnəm Həsənəlizadə
May 18, 2008 20:15

 

 

Millətin başına hava gəlib, ay Allah! Camaat artıq bilmir ki, nə işlə məşğul olsun. Deyir qulaq gündə bir söz eşitməsə kar olar..
O gün maraqlı bir
jurnalın internet saytında oxuyuram ki, bir plastik cərrahın belə bir fikri var ki, insan özünü istədiyi hər hansı sa bir heyvana bənzədə bilər. Bu onun arzusdur ki, belə bir işlə məşğul olsun. Bu onun gözəllik anlayışıdır (Şəkil A).


Ay balam, Allah səni heyvan yaratmaq istəsəydi, yaradardı da. Nə bilim, vallah, bu adamlarda nə ağıl var, nə də Allah qorxusu.
Düzdür bu yazılar versiyalardır. Amma, bunlardan savayı, televiziyada tatu və digər əməliyytalar vasitəsilə özlərini sevdikləri heyvana (şirə və pişiyə) çevirən bir kişi və bir qadını görmüşəm. 

 

     Bundan yəqin ki, çoxlarınızın xəbəri var, bu nə sirrdir, nə də zarafat. Bədənin bütün hissələrini kök və qara rənglərə boyayan, qulaqlarını, burnunu, dodaqlarını, gözlərini, ümumiyyətlə üzünün bütün hisssələrini həmən heyvanın üzü görüntüsündə etməkçün bıçaq altına yatan, dodağının üst hissəsinə süni heyvan bığları taxdırankişi və bu tip proseslərlə özünü pişik simasına çevirən qadın. Hələ özlərinə əməlliyyat vasitəsilə quyruq da taxdırıblar. Yəqin ki, belələri çoxdur, nəinki iki nəfər. Bu dünya dağılmasın, neyləsin? Bütün murdar fikirli insanlar öz əməlləri ilə qəzəbinə səbəb olurlar yaradanın.
Nə deyim, Allah ağlımızı əlimizdən almasın!

 

 

İndi yadıma düşdü, onu da yazım, bu şəkildəki qadın əri pişikləri çox sevir deyə, üzünü əməlliyyat vasitəsilə pişiyinki kimi edib, sən sevgiyə bir bax. Götür simavı dəyiş ki, nə var, ərim pişik xoşlayır.. Amma, təbii ki, yoldaşı çox keçmədən onu başayıb. Bu isə qadının əməliyyat qabaqkı şəklidir:

 

 


 

Heç kimə sirr deyil ki, dünya şöhrətli Maykl Cekson rənginin dərisin bəyənməyib, rəngini dəyişərək ağ dərili oldu. Nə olsun? Bəs indi nə haldadır?

 

 Günü gündən çürüyür dərisi. İndi ona nə plastik əməlliyyat kömək edir, nə də başqa bir şey.

İnsanlar yollarını azıblar. Həyat mənimdir, nə istədim edərəm deməklə deyil.. Bəsdir artıq, yerinizi bilin!!!

 

 

 (Şəkil A) 

Şərhlər(15)
205 oxunma
Həyata baxış.
heyvan əməliyyat sima pişik quyruq 

1
leyla yazıb:

hay daaa deli olublar bunlar... pis oldum ee bu sekillere baxib. heyvandirlar bu insanlar. heyvan deyiller cunki heyvan da oz yerini bilir. rebbine oz dilinde oz agli ile itaet edir. ama bu insanlar cinler ve seytanlardirlar. Allah agil versin!
sebnemcim sen menim Gozel Gor blogumu oz dost bloglarindan sil. olar? cunki o blogumu baglayiram. ok? opurem sene ugurlar baci.

May 18, 2008 21:59
2
Vuq@r yazıb:

Uydaaaaa.Tuklerim biz biz oldu eeee.
Aman Allahim.Gor dunyada nece agilsiz insanlar var ki Allahin verdiyi simani beyenmirler.Şəbnəm sən demişkən Allah taala lazim olsaydı sizi heyvan yaradardı da ay agilsiz insanlar.O gun də mən netde canavar qiz haqqında oxudum.Sadecə olaraq o dogulandan canavara oxsayir.Qurban olum Allaha.O bilən məsləhətdir.Ama Allahın işinə qarışmaq ən böyük günahdır.

Hörmətlə Vüq@r

May 18, 2008 22:13
3
Şəbnəm yazıb:

rolleyes rolleyes rolleyes
İnsanlar öz dəyərlərini qiymətləndirmirlər..

Yaxşı, Leyla silərəm..Çox sağ ol, sənə də ğurlar

May 18, 2008 23:44
4
Руслан yazıb:

Sekillere baxan kimi gormek olar ki, onlar Adobe PhotoShopda duzeldilib. Oturub men de photoshop-la kimi istesem o gune qoyaram. Qaldi ki, Maykl Cekson-a axi bu hsekil 2003-de chekilib ve o vaxtdan Mayklin derisi mualice olunub. Meqaleniz xosuma gelmedi. Tutarsiz smile Sag olun

May 19, 2008 3:48
5
Şəbnəm yazıb:

http://no-way.ru/2007/08/28/10_samykh_fizicheski_modificirovannykh_ljudejj_18_foto__tekst.htm

Hörmətli Ruslan, bu ünvandan keçib baxa bilərsiniz, inandırım sizi ki, bunlar photoshop işləri deyil. Bəlkə də bəziləri plastik əməliyyat da deyil, tatu vasitəsilə düzəlnlərdir. Mən hələ yazımda az belə yazmışam. Leopard, reptiliya, pişik, şir və s. adamlar. Sizin deyəsən heç nədən xəbəriniz yoxdur. Mən oturub bloqa cəfəngiyat yazıb-doldurmaqla məşğul deyiləm. Bu mövz ilə yaxından, dərindən maraqlansanız, özünüzdə görəcəksiniz ki, bunlar həqiqətən də var.

Birinci şəkillər barəsində mən yazmamışam ki, bunlar həqiqətdir. Əlbəttə ki, photoshop işləridir. Həyata keçirilməyib. Onlar sadəcə bir plastik cərrahın gözəllik anlayışıdır və fikridir, arzusudur. Onlar haqqında aldığım məlumatın jurnalın url-ni də qoymuşam, açın oxuyun.
İkinci yazdığım qadına gəldikdə isə, yalan deyil.

Maykl Ceksona gəldikdə isə, heç təəccüblənmədim, o elə ömrü boyu müalicə olunur. Sağalıb, lap yaxşı.

May 19, 2008 12:13
6
Ruzigarim yazıb:

Mən bu haqda psixiatriya dərsində müəllimlə danışmışam. Ümumiyyətlə normal xarici görünüşə(heç bir xəstəlik, yanıq , həddən artıq ecaiblik və s.) yoxdursa insanin plastik operasiyaya girməsi onun psixi problemlərinin olduğunu göstərir. Əgər bununla insan özünü hələ də əcaibləşdirmək fikrindədirsə..
Mən institutda oxuyarkən bizdə sanki dəb halına minmişdi, hər qrupdan heç olmaya 1-2 qız burunlarına(bəziləri dodaq və s. də) plastik əməliyyat edirdilər. Hətta 3 dəfə əməliyyata girənlər də var idi. Ağırlaşma ilə reanimasiyada yatanlar da var idiş Ən maraqləsə isə o idi ki, onların əksəriyyətinin əslində heç bir plastikaya ehtiyacları yox idi. Və əvvəlki görkəmləri çox daha gözəl idi.
Vaxr var idi ki, mənim həddən artıq çoxlu komplekslərim var idi, və plastik əməliyyat etdirmək istəyirdim. Təsəvvur edirsən, Şəbnəm, mən haaa... Amma sonra özümü sevdim, bu fikirdən də vaz keşdim.
Ona görə də hər kəsə özünü sevməyi arzulayıram. smile

May 19, 2008 23:58
7
Leyla yazıb:

Uy da! Hani o hekim? Men ozumu dovsana benzedecem. Belke onda meni seversiz... cry

May 20, 2008 13:33
8
punkrock yazıb:

salam necesen yaxshi blogun var pis deyil.amma bir az qarisiqdi.seni oz bloguma gozluyurem.ora gelende mutleq mesaj qutusuna vazki gelmisdim ve blogg haqqinda fikrivi bildir.
wink wink

May 20, 2008 13:55
9
Şəbnəm yazıb:

Leyla, kim deyir ki, səni sevmirik? Biz səni çox seviriksmile
Dovşan olacaqmış, yox bir dələmad qalmazsaneeee dəcəllliyindən.

May 20, 2008 14:07
10
Şəbnəm yazıb:

Sağ ol, punkrock. Oldu, ziyarət edərəm.

May 20, 2008 14:09
11
yagmur yazıb:

Ruslan bey bunlar yalan deyil .Yoldasi pisikleri sevdiyi ucun ozunu pisiye benzeten gadini televzoda bele gorsedibler.ALLAH meslehet gorseydi seni pisik kimi yaradardida indi yaxsi oldu yoldasin bosadi seni smile
Men gozellik ucun elenen emeliyatlara cox vaxt pis baxmiram.
Baxir hansi emeliyatlara.Yaxsi biri erine xos gelsin deye eletdirib,biri
derisi garadi ag olsun deye bes bizim AYGUN KAZIMOVA gabirgasin birini cixartmagla ne elemek isteyib onu basa dusmurem??o hansi gozelik getirib ona?

May 20, 2008 14:12
12
RAUL yazıb:

SEBNEM TEWWEKUR GOZEL MOVZUDU BUNLARDA ALLAH QORXUSU YOX AXIRETDE BUNLAR NE EDECEKLER NEYNIYECEKLER 1 ALLAH BILIR INSAN BU QEDER GUNAH QAZANAR ALLAH GUNAHLARIN BAQISHLASIN BUNU DA ESHITDIK DOQURDANDFA QULAQ GUNDE 1 SOZ ESHITMELIDIR smile MUELLIF TEWWEKUR UNUDULANLARDAN BBUTUN USHAQLARA SALAM

May 21, 2008 23:01
13
Şəbnəm yazıb:

Seva seeeeeeeen, kompleks?!
Yaxşı ki, indi fikrinden dönmüsen. Düzdür insanlar özlerini sevsinler gerek..

***********************************
Yagmur, vallah Aygün Kazımovanın niyə etdiyini bilmirəm. Bu da görünüş, reklam üçündür?
**************************************

Raul sənə də salam olsun, çox sağ ol.

May 22, 2008 0:25
14
ELGUN yazıb:

SALAM.hmmm..oxudum..bilirsiz bu QIYAMETIn elametlerinden...gosterilibki QIYAMET o vaxt gelecekki kisiler ozlerini qadinlara qadinlar ise kisilere benzedecek..insanlar oz ali yaradilislari unudub heyvanlasacaq...onsuzda heyvani hisslerimiz var idi qalmisdi zahirde heyvan olaq o da olur deyesen...Baxamayaraqki men Ziqmund Freydin nezeriyyesin axmaq sayiram amma bu sekiller meni bir daha dusunmeye vadar edir...
ALLAH amninda..Ugurlar....

İyul 7, 2008 0:23
15
Şəbnəm yazıb:

Elgün bəy maraqlı fikirləriniz üçün çox sağ olun.
Mən bilmirəm bu insanlar nə düşünürlər belə..axı bu dəlilikdir. Offf....of rolleyes

Uğurlar Elgün bəy, sizə də uğurlar smile

İyul 7, 2008 18:41

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha



© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com