Reklam verin!

Mürəkkəb dolu qələm.

Blog Haqqında

Şəbnəm Həsənəlizadə
Düşüncələr, düşüncələr, düşüncələr. Razı və ya narazı fikirlər. Bir sözlə yaşım böyük olmasa da bu gənc çağımda həyata baxışım, həyatda gördüklərim, gördüklərimdən çıxartdığım nəticələr. Böyüklərdən, atalardan üzr istəyirəm, azacıq da məsləhətlərim.

Arada şer, hekayə də oxuyacaqsınız. Mən nə şairəm, nə yazıçı. Yəni peşəkar deyiləm. Sadəcə arada gələn ilhamı səhvli-düzlü yazıram, xatirələrə düzürəm.

Blogumu ziyarət edənərə bəri başdan minnətdarlığımı bildirirəm.

Axtarış

Bölmələr

Arxiv

Sorğu

Bloguma xoş gəlmisiniz! Bir deyin görüm, bəs, hardan?





Sayqaç

  • İndi blogda: 32
  • Keçən ayın hiti: 3948
  • Dünənki hit: 218
  • Bugünki hit: 126
  • Ümumi hit: 18676


My BlogCatalog BlogRank

Müxtəlif

Uşaq tərbiyəsi

Şəbnəm Həsənəlizadə
May 14, 2008 17:13

 

Mən uşaqları elə çox sevirəm ki, onlar barəsində nə qədər daışsam azdır. Uşaqlar dünyanın ən pak, təmiz, günahsız varlıqlarıdır. Ən şirin nemətlərdilər.

Məni uşaqların tərbiyəsi çox narahat edir və düşündürür. Bu işdə valideynlərin öhdəsinə düşən vəzifə çox böyükdür. İnsanlar fərqlidir. Düşüncələr, zövqlər də eynilə. O qədər fərqli tərzdə düşünüən, hərəkət edən valideynlər görmüşəm ki, bunların çoxu heç də təqdirə, bəyəniyə layiq deyil. Bəzən həddindən artıq dəcəl, söyüş söyən uşaq görəndə düşünürəm ki, uşağın belə olması nədən irəli gəlir?! Düzdür, mən psixoloq deyiləm. Sadəcə, adi bir insan olaraq bu məni hər zaman düşündürür.

 

 

 

Mənim fikrimcə uşağı tərbiyələndirərkən, elə tərbiyləndirmək, elə təməl atmaq lazımdır ki, təməl qoyularkən, gələcəkdə bəmbərk dursun. Düzdür, bəzi qarşısı alınmayan şeylər də var ki, uşağa təsir edir. Yəni, uşaq böyüdükcə həyata atılır. Bağça, məktəb çağları başlayır. Bu da onu göstərir ki, artıq onun ətrafı da genişlənəcək. Dost-tanışları çox olacaq. Əgər, uşaq ömrünün 11 ilini, 9 ayın, altıncı, bazar və bayram günlərini çıxmaqla hər gününü məktəbdə keçirirsə, bu o deməkdir ki, ordan da tərbiyə əldə edir, necəsi isə, müəllimlərin, dostların, tanışların vicdanına qalıb. Uşağı bu ətraf aləmin pis vərdişlərindən qorumaq üçün, mütləqdir ki, hər zaman ona diqqət yetirilə, hər zaman onun tərbiyəsi üstündə çalışıla, onunla danışmaq, ona nəylərisə başa salmaq, onun fikirlərini, düşüncələrini öyrənmək, onda səhv tutulan zaman, onu döyüb, hədələməkdənsə, ona səhvləri, düzləri öyrətmək, başa salmaq lazımıdır.


Valideynlər görmüşəm, uşağa hələ lap uşaq çağlarından deyirlər ki, qaqaya və ya başqa birisinə “eşşək de, oğraş de” (bu sözümə görə üzr istəyirəm) və ya bundan başqa ədəbsiz sözlərə uşağı öyrəşdirirlər. “Onu vur, ak elə” deyirlər. Bəzi valideynlər, iki uşağının yanında, yəni, məsələn birinin artıq 5 yaşı var, digərinin 4. Ana, 4 yaşlı uşağa deyir ki, -“qaqa pisdir, sən yaxşısan” Burda qardaş həmən 5 yaşlı uşaqdır. Məncə, bu üsullar heç də düz deyil. Axı onlar uşaqdılar, beyinləri təmiz bir vərəq kimidir. Siz nə yazırsınızsa, onlar da onu oxuyurlar. Həmən uşaq, qardaşını öpüb, qucaqlamaq əvəzinə, onu vurur, pis düşünür. Nəyə lazımdır belə tərbiyə..


Atalar görmüşəm, 6 yaşlı uşağına siqaret aldırır və hətta ona da verir ki, “dad, gör nə yaxşı şeydir!”Yazıq ana, qaçıb, gəlib o siqareti uşağın
əlindən almasa, ata onu çəkdirəcək balasına. Siqaret nədir, hələ uşağa içki aldırıb, daddıranlar da görmüşəm.

Bəzi analar, uşağı otuzdurur oyun kompyuteinin arxasına ki, otur oyna. Bu da təbii ki, uşaqların, ən əsası da ki, oğlan uşaqlarının çox sevdiyi bir məşğuliyyətdir və əlbəttə ki, uşaq saatlarca kompyuterin arxasında yorulmadan oturacaq. Bunun xeyrini mənə başa salın! Bəlkə, mən nəyisə bilmirəm? Nəyəsə xeyri var, ya yox? Məncə, heç bir xeyri yoxdur. Bu yalnız analara sərf edir, çünki, öz işlərini rahat görsünlər, uşaq ortalığı çox dağıtmasın deyə, bu onlarçun "yaxşı üsuldur". Uşaq kompyuterin arxasında oturub, oynaya bilər, amma, diqqət yetirilməlidir ki, bu saatlarla baş verməsin. Axı, bu uşağın həm sağlamlığına, həm də psixikasına təsir edir. Gözlərinə ziyandır. Bilirik ki, oğlan uşaqları komyuterdə daha çox, atışma, silahlı-milahlı oyunlara üstünlük verirlər. Heç bilirsinizmi bu oyun zamanı, uşaqların qanına nə qədər adrenalin ayrılır? O emociyalar ki, onlar yaşayırlar bu oyun zamanı, dəhşət. Həqiqətən də görmüşəm, uşağın oyundakı düşmənini necə öldürə bilməyib, coşub-özündən çıxdığını. Sonra da uşaqlar öz aralarında əməlli-başlı bir-birlərini döyərək, dava salanda, deyirik ki, bunlar niyə belə edirlər, dəcəl uşaqdırlar və onları sakitləşdirə bilməyərək, döyürük. Buyurun sizə tərbiyə!!! Özüm rahat oturum deyə, uşaqların belə yolla başın qatmaq əvəzinə, onunla vaxt keçirməyə, onun tərbiyəsi, biliyi üstündə çalışın. Onunla söhbət edin. Ona sevgi, diqqət yetirin ki, uşaq bunu hiss etsin. Bəzi uşaqlar sevgisizlik, diqqətsizlik ucbatından hirsli, kinli, aqressiv böyüyürlər. Belə şeylərə yol verməmək lazımdır. Axı, bu onların gələcyinə təsir edir.


Valideynlər uşaqlarının gözləri önündə dava salıb, ağızlarına nə gəlsə danışırlar. Nə üçün? Niyə belə edirsiniz? İnanın ki, bu, uşağa o qədər mənfi təsir edir ki... Atalar anaya hirslənib, ananı uşağa şikayət edir, pisləyir, soyudur, ya da əksinə ana belə edir. Bu doğru hərəkətdirmi? Əlbəttə ki, yox... Başa düşə bilmirəm, valideynlər belə incə şeyləri niyə düşünmürlər? Nə probleminiz varsa, onu öz şəxsi otağınızdan kənara çıxarmamalısınız.

 İndi əyri oturun, düz danışın: kimdir tərbiyəsiz dediyimiz uşaqların tərbiyəsizliyinin, kininin, üsyankarlğının günühkarı?!

Birdə ki, onuda deyim. Uşağa uşaqlıqdan belə bir kəlmə öyrədilir. “Allah baba bizə kömək edəcək, gəl Allah babaya dua edək” və s. Bu yaxşı bir şeydir ki, uşağa Allahın varlığını başa salır, uşaqlıqdan onu buna öyrədirlər. Amma, burda onunla razılaşmıram ki, Allaha baba demək. Bu düz deyil. Uşaqları belə öyrətməyin. Allah, baba deyil. Allah Allahdır. O, nə dağmayıb, nə də doğulmayıb. İstərdim ki, belə şeyləri bilək və uşaqları doğru yönləndirək, doğru tərbiyə edək..

Nə isə, çox şey yazardım hələ, amma, uzatmıram. Bir onu istəyirəm ki, heç birimiz səhvə yol verməyək, o səhvə ki, hansısa, kiminsə həyatına, gəlcəyinə mənfi təsir edəcək. 

 

 Bütün canlılar, sevək övladlarımızı!!!.... 


Şərhlər(12)
180 oxunma
Həyata baxış.
uşaq tərbiyə valideyn siqaret ata-ana 

1
Vuq@r yazıb:

Şəbnəm sən söylədiklərində
haqlısan.Zaman kecdikce gelecek nesil evvelki nesillere nisbeten daha da pis terbiye ile boyuyur.Burada bezen valideynlerin usaqlarina qarsi mesuliyyetsizliyi, bir de zaman kecdikce etraf muhitin.
Bİr de valideyn olacaq sexsler cox vaxt usaq terbiyesi ile bağlı melumatsiz olmalarıdır.Gərək cəmiyyət içində marifləndirmə aparılsın.Məncə ən böyük iş uşağı dünyaya gətirmək deyil ,onu tərbiyə edib cəmiyyət üçün gərəkli insan olaraq yetışdirməkdir.
Uzun və mübahisəli müvzudur.Məndən bu qədər yetər

Hörmətlə Vuq@r

May 14, 2008 18:35
2
RAUL yazıb:

VALLAH HALAL OLSUN SOZ TAPMIRAM DEMEYE

May 14, 2008 23:03
3
Ruzigarim yazıb:

Çox ağrılı mövzuya toxunmusan. Bizdə bir çox ailələrdə uşaqlar sadəcə olaraq tərbiyə edilmir.
Bir də bir müəllimimizin dediyi söz yadıma düşdü: "Analar deyir uşağım quzudu, demir ki, quzu böyüyəndə qoyun olur" -Deməyim odur ki, uşağı geniş dünyagörüşlü böyütmək lazımdır.

May 14, 2008 23:11
4
Şəbnəm yazıb:

Düzdür Vüqar, gərək cəmiyyət içində maarifləndirilmə aparılsın, nəinki tərbiyələndirmə üzrə, ümumiyyətlə. Amma, valideynin özündə də bu hiss olmalıdır axı.. Bilmirəm, bəlkə mənə kənardan müzakirə və tənqid etmək daha rahatdır. Amma, məncə tamam dəyişilməlidir hər şey.. Hanı o ədəb, ərkan? Hanı o təlim-tərbiyə? Hanı o böyüklərə hörmət? Düzdür mən keçmiş zamanlarla yaxından tanış deyiləm. Amma, böyüklərimiz o vaxtın tərbiyəsindən, ədəb-ərkanından danışanda həsəd ilə qulaq asıram. Hanı, o zamanlar? Bəs indi, biabırçılıq baş alıb, gedir. Təəssüflər olsun.

Ətraf-mühitin işi də burda böyük rol oynayır. Əgər insan tez təsir altına düşürsə, hamıya inanırsa və dostu, tanışı yaxşı deyilsə bu da onu uçurma aparır. Çünki, ana-ata nə qədər tərbiyə etsə də, ətraf-mühit bir o qədər də pozur. Gərək ki, bunlara da diqqət yetirilə. Nə bilim, allah özü kömək olsun.


*******************************
Raul diqqətin və bəyəndiyin üçün çox sağ ol

*********************************

Seva sən də düz deyirsən, uşağı hərtərəfli böyütmək lazımdır.

May 15, 2008 14:33
5
Araz yazıb:

salam
Şəbnəm yazdıqlarına söz ola bilməz.
Sənə ürəkdən uğurlar arzu edirəm.
Təbriz - Azərbaycan

May 15, 2008 21:45
6
Şəbnəm yazıb:

redface Araz, çox sağ ol..

May 16, 2008 11:47
7
Ruzigarim yazıb:

Şəbnəm əsl problem odur ki, indi bizdə 2-3 ideologiya qarşı-qarşıyadır.
1. İslam
2.Avropa
3. Sovet
Hə, bir da var ümumiyyətlə idealogiyasızlıq.
Hərə uşağını bir cür tərbiyə edir. Nəyin düzgün, nəyin səhv olmasını da bilmək olmur. Hal-hazırda TV bir çox tərbiyəsizliyi bizə-tərbiyə və inkişaf adı altında soxuşdurur. Ən pis isə odur ki, bu daha çox uşaqların və yeniyetmələrin psixologiyasına işləyir. sad

May 16, 2008 15:48
8
Şəbnəm yazıb:

Düzdür Sevinc, bu ideologiyalar mövcuddur. İndi mən deyəcəm ki, əsas odur ki, doğrunu öyrətsinlər, uşağı doğru tərbiyə etsinlər. Amma, birinci elə öz tərəfimdən cavab olacaq ki, hərənin özünə görə öz doğrusu var. Yəni, sənin yazdığın həmən o ideologiya öz təsdiqini tapır.
Televiziyadan yayılan tərbiyəsizliklərdən isə heç danışmıram rolleyes. Əsas odur ki, ağlın başında olsun və TV-dən mənfi dərs yox, müsbət dərs alasan, gözün açılsın. Baxırsansa əgər, TV-də o yalnışlar, əxlaqsızlıqları görüb bunun səhv, pis olduğunu biləsən. Amma, düzdür ki, bu uşaqların, yeniyetmələrin psixologiyasına işləyir, təəssüf ki sad

May 16, 2008 17:03
9
sima yazıb:

mən özüm məktəbdə işlədiyimə görə sənin nə demək istədiyini yaxşı başa düşürəm. Uşaq doğmaq asandır, amma onu əsil İnsan kimi yetişdirmək hər valideynin işi deyil. Ümumiyyətlə, düşünürəm ki, hər kəs valideyn ola bilmir. Nadan valideyn özü kimi nadanları törədib artıracaq. İndi bildin nədən bizdə bu qədər bədbəxt insan var? Çünki beyinlərindəki fikirlər tamamilə yanlışdır!!

May 16, 2008 22:21
10
Şəbnəm yazıb:

Nadan valideyn özü kimi nadanları törədib artıracaq - qatılıram.
Düz deyirsiniz beyindəki fikirlər tamamilə yanlışdır. Bu halda isə hər şey çətinləşir, insan özü fərqində olmadan belə yaşayır və öyrədir.

Diqqətiniz üçün minnətdaram, Sima xanım, çox sağ olunsmile

May 17, 2008 18:30
11
.elchiN yazıb:

Uşağın tərbiyəsi sözsüz ki əsas valideynlərdən asılıdır, amma kənar təsirləri də gərək valideyn özü nəzarətdə saxlasın..
Həyatda elə valideynlər olubki , öz uşağına biganə qalıb, uşağın hərtərəfli inkişaf etməyinə bilməyərəkdən mane olublar.. Amma həmən uşaq böyüyəndə Ata və ya Ana olur və o öz valideynlərindən gözlədiyi qayğını öz uşaqlarına böyük ehtimal ki göstərir... Tarixdə çoxlu örnəyi var bunun dahi şəxsiyyətlərin çoxusu tək böyüyüblər özləri özlərni birnöv tərbiyə ediblər.. Yəni mən məsələyə optimist yanaşılmasının tərəfdarıyam.. Əsas odur ki bu sahədə maarifləndirmə işləri aparılsın. Valideyn heç vaxt şüurlu şəkildə uşağın gələcəyini korlamaq istəməz smile

May 26, 2008 0:50
12
Şəbnəm yazıb:

Əlbəttə ki, uşaq hər tərəfli inkişaf etdirilməlidir. Mən tərbiyə edilmək deyəndə demirəm ki,uşaq dar şəkildə tərbiyələnsin, sıxışdırılsın. Necə ki, yuxarıda ruzigarın da dediyi kimi uşağı geniş dünyagörüşlü böyütmək lazımdır.
Əlbəttə ki, valideyn heç vaxt şüurlu şəkildə uşağın gələcəyini korlamaq istəməz. Amma, mənim yuxarıda gətidiyim misallar da məhz uşağın psixologiyasına və nəticədə də gələcyinə təsir edir. Uşağın bunu böyüyəndə nə dərəcədə dəyərləndirməsi isə onun siz demişkən özünü bir növ tərbiyəsindən irəli gəlir. Bu çox dərin və hərtərəfli bir mövzudur.
Rəyləriniz üçün sağ olun, Elçin.

May 26, 2008 12:22

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha



© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com