Reklam verin!

Mürəkkəb dolu qələm.

Blog Haqqında

Şəbnəm Həsənəlizadə
Düşüncələr, düşüncələr, düşüncələr. Razı və ya narazı fikirlər. Bir sözlə yaşım böyük olmasa da bu gənc çağımda həyata baxışım, həyatda gördüklərim, gördüklərimdən çıxartdığım nəticələr. Böyüklərdən, atalardan üzr istəyirəm, azacıq da məsləhətlərim.

Arada şer, hekayə də oxuyacaqsınız. Mən nə şairəm, nə yazıçı. Yəni peşəkar deyiləm. Sadəcə arada gələn ilhamı səhvli-düzlü yazıram, xatirələrə düzürəm.

Blogumu ziyarət edənərə bəri başdan minnətdarlığımı bildirirəm.

Axtarış

Bölmələr

Arxiv

Sorğu

Bloguma xoş gəlmisiniz! Bir deyin görüm, bəs, hardan?





Sayqaç

  • İndi blogda: 12
  • Keçən ayın hiti: 3948
  • Dünənki hit: 218
  • Bugünki hit: 103
  • Ümumi hit: 18653


My BlogCatalog BlogRank

Müxtəlif

Ey, gizli xəyalım.

Şəbnəm Həsənəlizadə
May 13, 2008 15:43

 Qaçma ey mənim gizli xəyalım,
Tutacam onsuzda bir vaxt əlini.
Həyəcanla gözləyir səni hər anım,
Sən də verəcəksən mənə qəlbini


Düşüncəm canlanır, gül açır, sanki,
Elə bil elə bu an görəcəm səni.
Sevəcəyəm səni elə sevəcəm ki,
Yaşamaz bir kimsə belə sevgini.

 
 
Göydə məni canladan bir ay görünür,
Gecələr işıq saçıb, izləyir səni.
Sən gəl, gör ki, qəlbim necə döyünür,
Hisslərim çılğınca səsləyir səni.

Bilirəm, hardasa düşünüb, sən də,
Axtarıb gözləyirsən mənim tək məni.
Xəyalımı hər yerdə sən izləsən də,
Qovuşacağıq bir gün sıxma qəlbini.

Şərhlər(14)
142 oxunma
Şerlər
qaçma gizli-xəyal hiss qovuşmaq 

1
İntigam yazıb:

Şəbəm cox gözəl seidir.
Təşəkkür edirəm.
İnsanın həqiqətən sevgi hisslərini oyadır. Sevgisiz yaşamaq mümkün deyil. Həqiqi sevgi gündəlik təlabat mallarından üsttündür.
Hər daim sevgi hissi ilə başarilar diləyirəm.

May 13, 2008 20:19
2
RAUL yazıb:

SEBNEM XANIM HER ZAMAN KIMI COX GOZEL BEYENDIM YENI SUPER

May 13, 2008 21:25
3
Şəbnəm yazıb:

İntigam və Raul, çox sağ olun.. Bu şeri çoxdan yazmışam, bura qoyub-qoymamaq barədə çox götür-qoy etdim və sonda nəticəyə gəldim ki, pis də olsa, yaxşı da olsa qoyum. Sevindim ki, müsbət rəylər aldım.

May 13, 2008 21:39
4
Leyla yazıb:

A mən bəyənmədim!

May 13, 2008 21:45
5
Şəbnəm yazıb:

Əccəb elədin...

May 13, 2008 21:47
6
Ruzigarim yazıb:

Men de beyenmedim redface

May 14, 2008 0:26
7
RAUL yazıb:

DEMELI BIZ BEYENDIKSE HAMI BEYENMELI BIZ MUSSIFLER HEYYETIYIK ELADI YERI VAR

May 14, 2008 12:00
8
ERGUN yazıb:

ehsen size cox gozel seirdi

May 14, 2008 17:21
9
Şəbnəm yazıb:

Uşaqlar hamınız çox sağ olun. Diqqətə və bütün mənfi, müsbət rəylərə görə səmimi qəlbdən minnətdaram.

May 14, 2008 17:24
10
Vuq@r yazıb:

Yaxsi sherdir.Sadece olaraq hecalarda bir az uygunsuzluqlar var .Ama umumi olaraq sheri ugurlu hesab etmek olar .Cunki sherde fikir vardir.
Tesekkurler

May 14, 2008 18:20
11
Yakup icik yazıb:

Sairler; sair olmayan insanlarin hayatlarindaki olumsuzluklardan kaynaklanan yasama direncinin kirilmisliklarini siirlerle tedavi edendir...(yakup icik)

bu siiriniz " gözde siirler " arasina girebilecek kadar enfes!

bir veciz sözümle katkida bulunmanin yerinde olacagini düsündüm...

selam ve sevgi ile...

May 16, 2008 20:31
12
Şəbnəm yazıb:

redface

May 17, 2008 18:26
13
Divane yazıb:

ser fikir baximdan yeni neye hesr edilme baximindan yaxsidir
qafiye heca seri cerciveye salan cehetlerdir bunlarda biraz daginiqlilliq var...
ugurlar!!! sebnem xanim serlerinin davamini gozleyirik.....

May 26, 2008 3:03
14
Şəbnəm yazıb:

Səmimi fikirlərin üçün çox sağ ol.

Düzdür dağınıqdır. Bu çoxdan yazdığım bir şerdir. Amma, indi yazdıqlarımdan da bəziləri hecaya, qafiyəyə tam uyğun gəlmir deyəsən redface

May 26, 2008 12:16

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha



© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com