Reklam verin!

Mürəkkəb dolu qələm.

Blog Haqqında

Şəbnəm Həsənəlizadə
Düşüncələr, düşüncələr, düşüncələr. Razı və ya narazı fikirlər. Bir sözlə yaşım böyük olmasa da bu gənc çağımda həyata baxışım, həyatda gördüklərim, gördüklərimdən çıxartdığım nəticələr. Böyüklərdən, atalardan üzr istəyirəm, azacıq da məsləhətlərim.

Arada şer, hekayə də oxuyacaqsınız. Mən nə şairəm, nə yazıçı. Yəni peşəkar deyiləm. Sadəcə arada gələn ilhamı səhvli-düzlü yazıram, xatirələrə düzürəm.

Blogumu ziyarət edənərə bəri başdan minnətdarlığımı bildirirəm.

Axtarış

Bölmələr

Arxiv

Sorğu

Bloguma xoş gəlmisiniz! Bir deyin görüm, bəs, hardan?





Sayqaç

  • İndi blogda: 7
  • Keçən ayın hiti: 3948
  • Dünənki hit: 218
  • Bugünki hit: 98
  • Ümumi hit: 18648


My BlogCatalog BlogRank

Müxtəlif

Sevgi nədir və sevgi hardadır?

Şəbnəm Həsənəlizadə
May 10, 2008 14:40

 

Sevgi nədir? Bu suallara çox rast gəlirik, elə deyilmi? Bununla yanaşı çox-çox müxtəlif cavablara da. Bilirik ki, sevgi qəlblərdə hər kəsə (yəni əzizlərinə, ümumi mənada) bəslənilən bir hissdir. Könül heç vaxt sevgisiz təsəvvür oluna bilməz. İstər Allaha, istər Vətənə, istər doğmalara və s, və i.a. Amma, mən bu yazımda nə Allaha, nə Vətənə, nə valideynlərə, nə də ki, digər əzizlərə duyulan sevgidən yox, məhz bir şəxsə, hansı ki, gələcəyimizi onunla paylaşmaq istədiyimiz, övladlarımızın anası və ya atası dediyimiz insana qarşı olacaq sevgidən danışmaq istəyirəm.
Bu sevgi əsən külək kimidir, həm üşüdür, həm ürəklərə sakit bir sərinlik yayır. Həm şirindir, həm acıdır. Sevgi ele şeydir ki acısıda şirindir, doğmadır. Bəs niyə deyirəm "sevgi elə şeydir ki"...Çünki onu dilə gətirmək mümkün deyil. Eşq mənim eşqimdir. O mənim içimdədir. O sadəcə sahibinin görə biləcəyi bir yerdədir, o mənim gözlərimin dərinliyindədir.
EŞQİN NƏ OLDUĞUNU SEVENLER BİLİR özüdə lap yaxşı bilir. Mən başqasına bunu danışsamda, sevginin nə olduğunu başa salmağa çalışsam da, o özü nə olduğunu dadmayınca bilməyəcək. Sevin və sevilin onda biləcəksiz ki EŞQ, SEVGİ nədir.
 
Sevgi dəyərli bir hissdir. Amma, zəmanəmizdə sevgi artıq elə hala salınıb ki, bu nə sevgidir? –deyəsi gəlir insanın.

 “Mən gedərəm o oğlana onun pulu çox olsa”… Bu məşhur kəlmə yəqin ki, çoxlarına tanışdır. Çoxları üçün sevgi hal-hazırda maddi sərvətdir. O bəslənilən ülvi hisslərdən nə əsər var, nə əlamət. Bir-birlərinə verdiklərin dəyər, bəslədikləri həmən o sevgi maddiyyatla ölçülür. Hanı burda sevgi? Acıdır, məncə çox acıdır.


Başqa acı olan bir "sevgi" deyim nə isə… Əslində sevgi də yox, vaxt ötürmək, sevgini sadəcə və sadəcə bəyəni ilə səhv salmaq və qiymətləndirməmək. Məsələn 2 gənc bir-birini görür, bəyənir, tanış olur, gəzir-dolanır, sevişirlər (təbii ki, bu hamıya aid deyil) və bir müddətdən sonar deyirlər ki, mən səni yaxşı tanımamışam və ya mən artıq səndən soyumuşam, sən mənimçün maraqsızsan və s. və  ayrılırlar. Sonra yenidən kimisə görürlər, bəyənirlər, yenidən özlərinin düşüncələrinə görə kiməsə aşiq olurlar, sevirlər dəlicəsinə və yenə də bir müddətdən sonar bu dəlicə sevgi toz olub uçur göylərə. Bu beləcə davam edir, adını da qoyurlar sevgi. Sual verirəm, məgər, bu sevgidirmi?
Üzümü daha çox 14-15 yaşlı yeniyetmə çağlarında olan gənclərə, daha doğrusu uşaqlara tutub deyirəm ki, özünüzü aldatmayın. Sizin “sevirəm, sevirəm”, “ay dərdindən ölürəm” , “ay ürəyim partlayır”, “o olmasa ölərəm” kimi dediyiniz şeyləri siz özünüz-özünüzə sevgi adı altında yeridirsiniz. O sevgi deyil, sadəcə bəyənmək, xoşlanmaq, sadəcə (ən əsası oğlanlar üçün) dolamaq, vaxt keçirməkdən başqa bir şey deyil. Sevgi başqa şeydir. Gənc yaşlarınızda sevgi axtarışına düşüb, azmayın. Sevgi özü öz vaxtında gəlib tapacaq sizi. Deyə bilərsiniz, indi o qədər ailələr var ki, onlar uşaq yaşlarından bir-birlərini sevib, bir-birlərinə sadiq qalıb, böyüyüb, ailə qurublar. Bəli, razılaşıram, amma, bu hər zaman öz təsdiqini tapmır. Axı, zəmanəzmizdə hər şey tamam başqadır. İnsanlar öz əməlləri ilə hər şeyi dəyişiblər, hansı ki, sonda belə bir kəlmə işlədirik: Zəmanə dəyişib. Birindən soruşsan, bir 15 sevgilisi olub -deyəcək. İnsanlar Avropalaşıb, hər şeyə adi baxırlar. Amma, bu belə deyil. “Mən səni sevirəm” sözü elə adi hal alıb ki, indi heç bu sözün dəyəri də qalmayıb. Özünüzü çılğın davranışlara verib, çılğınlaşmayın. Həqiqi sevginin ləzzəti, çılğınlığı başqadır.

 

 

BƏS NEÇƏ İLLƏRDƏN SONRA SEVGİ HARDADIR?
Bir çox insanlara, ailələrə rast gəlmişəm ki, hansı ki, sevginin,əsl hissin dadını dadıb, ailə qurub, hörmət, sevinc, sevgi içində yaşayıb, gözəl şirin övladlara sahib olublar və onları da sevgi ilə böyüdüblər. Amma, yaşa dolduqca problemlər, söz-söhbət, dava-dalaş, üzüntülər baş verir. Bir-birlərini incidirlər … Onlara baxıram və düşünürəm: axı, onlar da vaxt var idi, dəlicə sevib, sevilirdilər, onların da bir-birlərinə məktubları, şerləri var, hansı ki, indi yatır sandığın bir küncündə gəncliyin, sevginin ən şirin, gözəl xatirəsi olaraq. Onların da üzlərindən, gözlərindən təbəssüm yağan, sevgi dolu şəkilləri var və indi də həmən o sevgi dolu şəkillər yenə də həmən o şirin xatirələrdə qalıb. O xatirlər və sevginin bəhrəsi olan övladlarından başqa heç nə saxlamayıblar. Bunları görürəm, elə üzülürəm, elə qorxuram ki… Kin, nifrət, hirs və s. sarıb könüllərini və beyinlərini, bunlar bürüyüb ürəkdəki o sevginin üstünü. Bəs nə üçün bu bahar qışa dönür, nə üçün sevginin üstünü qara buludlar alır, hanı o canımızdan belə keçəcək qədər, bizə sevirəm dedirdən, o ülvi hisslər???
Bunların çox səbəbi ola bilər. Yəqin ki, ən əsasları da ki, keçimsizlik, ilgisizlik, kasıblıq, xəyanət və s. və beləcə
SINDI O HASAR, ÇÖKDÜ O SEVGİ…

Sevginin yerini nifrətə verməsi yəqin ki, hər ailədə, hər ürəkdə, düşüncədə müxtəlifdir. Amma, mən daha çox o hallarda buna rast gəlmişəm ki, ailədə keçim, pul problemi olur. Sevənlərçün pul, problem deyildi o vaxt, haçan ki, gənc idilər. Amma, indi ki, övladları var, ata işləmir, pul yoxdur, uşaqlar acdır, ayaqlarına geyəcək bir şey yoxdur, üst-baş yalındır – bax elə bundan başlayır çartlamağa o sevgi. Axı balaları acdır, qadın bir dözür, iki dözür, sonda bezir və sərt dillənir. Başlayırlar atışmağa. Əgər bir dəfə bu ip qırıldısa, bu beləcə də davam edir və sevgiyə əlvida, buyurun əzab, nifrət xoş gəldiniz.

Necə də qorxuncdur elə deyilmi? Allah hər zaman köməyimiz olsun. Bəlkə də mənə bunları kənardan müzakirə etmək daha rahatdır. Amma, mən çalışacağam ki, hər nə olur-olsun, sevgimi qoruyub, saxlayım. Düzdür, bu tək mənlik deyil, sevdiyim şəxsdən də bunu gözləyəcəm. Çalışacağam ki, sevincdə də, qəmdə də bərabər olam onunla. Onu başa düşəm, ona kömək edəm, hörmət edəm..

Sevgidən sonra ən əsas şey, bəlkə də, sevgidən də qabaq, mütləq hörmətdir. Ey insanlar, bir-birinizi həqiqətən sevin, dinləməyə çalışın, bir-birinizi başa düşün. Adi bir söhbət olanda biz gənclər öz səhvlərimizi görmürük və bizə bu səhvlər deyilən zaman, coşub çıxırıq özümüzdən, hirslənirik, küsürük. Ya da başqa bir şey, davamız olur, naz edirik, qürur edirik. “Mən onun ayağına getməyəcəm, özü gəlsin” –deyirik və günlərlə danışmırıq. Bilinki, qürur ancaq, insanlardadır, sevgi də olmamalıdır. Çoxmu çətindir sakitcə oturub, bir-birimizə nədən razı, nədən narazıyıq demək? Çoxmu çətindir bir-birimizi dinləmək, başa düşmək? Gərək hər zaman dilimiz acımı olsun? Vallah, bu acılıqdan bir şey çıxan deyil. Mütləq hörmət edin bir-birinizə, hörmətin, sayqının pərdəsini aradan qaldırmayın. Sevdiyiniz, yoldaşınızı həmişə dinləməyə, başa düşməyə çalışın. Sevginin təməlini elə bərk qoyun ki, o sevgi gələcəkdə uçub, dağılmasın. Elə sevin ki, sevgi də bununla fəxr etsin. 

 



EŞQİN TƏRİFİ YOXDUR.
 

Şərhlər(18)
214 oxunma
Həyata baxış.
sevgi pul sadiqlik çılğın hasar 

1
RAUL yazıb:

COX GOZEL MOVZUDU BEYENDIM..AMMA INDIKI NESLIMIZIN CAVAN NUMAYENDELERI BU SOZU ADI KELME EDIB SEVGI QURUDU ...XEBERE GORE TEWWEKUR SHEBNEM XANIM

May 11, 2008 12:11
2

halaldi oturub vaxtivi buna serf etmisen. sevginin terifi ele sevende haminin dediyi o sozdu mence.
seni saytima gozduyurem

May 11, 2008 14:14
3
Şəbnəm yazıb:

Raul və Ceyhun diqqətə görə çox sağ olun. İstərdim ki, sevgi təmiz adına layiq olsun. Kirlətməsinlər insanlar nə özlərini, nə hisslərini, nə də sevgini.

May 11, 2008 17:03
4
Ruzigarim yazıb:

Bagisla, Shebnem.Oxumadim.Yalniz bashligi ozudum.Sevgini yada salmaq istemedim.
Amma bir meseli xatirladim -
Sevgi ruh kimidir-ondan hami danisir, amma onu hec kes gormeyib smile

May 11, 2008 21:45
5
Şəbnəm yazıb:

Bağışla nə deməkdir, Seva? Nə vaxt istəsən, vaxtın olsa oxuyarsan.

Deyirsən ki, "Sevgi ruh kimidir-ondan hami danisir, amma onu hec kes gormeyib". Məncə belə deyil. Sevgi ruh kimi ola bilər və onun barəsində hamı danışa bilər. Amma, o ruhu əsl sevənlər görür.

May 11, 2008 23:09
6
KAMA yazıb:

SALAM GOZEL SHERLERINIZ VAR RAUL TEKLIF ETDI MENDE GELDIM DOQURDANDA GOZELDI

May 11, 2008 23:20
7
Vuq@r yazıb:

Shebnem sene tesekkur edirem ki bele derin ve gerekli movzuya toxunmusan.Senin bu dusuncelerini oxuduqca sanki icimde "birileri menim dusuncelerimi mi oxumusdur" deye hiss kecirdim ve sevindim.Sevindim ona gore ki ne gozel ki sevgi haqqinda kamil dusuncelere sahib olan insanlar vardir.
Cunki dusuncelerimiz demek olar ki ust uste dusur.
Gozel bir soz yadima dusdu
Bir-birinə baxmaq yox, bir istiqamət baxmaqdır məhəbbətin mənası.
Məhəbbəti gücləndirən yeganə amil də sənin də qeyd etdiyin kimi hörmətdir.

Hormətlə Vuq@r

May 12, 2008 7:00
8
Şəbnəm yazıb:

Çox sağ olun, Kama. Çox sevindim. Raul da sağ olsun. Ona da səmimi qəlbdən minnətdaram smile

May 12, 2008 12:13
9
Şəbnəm yazıb:

Vüqar , təşəkkürlər. Kaş ki, bütün ürəklərdə sevginin güzgüsündə hörmət, anlayış, mehribanlıq, sadiqlik də görünsün. Heyif ki, indiki gənclərin çoxunda bu yoxdur. Təəssüf ki, səbirsizlik, qürur, acı dil, pul, qır-qızıl və s. kimi sevgini əzən şeylər görünür o güzgüdə. Çox təəssüf sad.

May 12, 2008 12:18
10
Ruzigarim yazıb:

Axir ki, oxudum. cry Onu deyim ki, mən də sənin kimi düşünürəm.
Bir də
-sevgini gərək itirməyəsən, vaxtında görəsən.

May 13, 2008 0:55
11
RAUL yazıb:

UNUDULANLAR.AZERIBLOG DESTESI SIZDEN TUSMUSHUK...VAY VAY BIZIM SAYT DOST BLOGDA YOK smile

May 13, 2008 12:09
12
Şəbnəm yazıb:

Sevinc sevindim ki, tam oxudun yazını.
Sevgini mütləq ki, gərək itirməyəsən!!!

May 13, 2008 12:21
13
Şəbnəm yazıb:

UNUDULANLAR.AZERIBLOG DESTESI - xahiş edirəm küsməyin sad

May 13, 2008 12:22
14
SADE_OGLAN_86 yazıb:

UNUDULANLARDA GIRDIM RAUL XEBER VERDI GOZEL SAYTINIZ VAR VE YAZILARINIZI BEYENDIM

May 13, 2008 21:23
15
Şəbnəm yazıb:

Çox sağ Olun. Bəyənmənizə sevindim. Unudulanlar da həmçinin.

May 14, 2008 17:25
16

Merhaba.Şəbnəm hanım Sizin bana verdiğiniz kendi fikrimi bildirmek fırsatına çok teşekkür ederim...bence

Sevgi özgürlüktür temiz yürek ister
Sevginin en güzeli Paylaşılan emektir
Sonsuz ve sınırsız Paylaşılan yürektir
Yüreği saf eden sevgidir sevgi

Sevgi dünyasına yalan giremez
Gönülden sevmeyen hakka eremez
Bakar ama perdelidir göremez
Perdeyi kaldıran sevgidir sevgi

Kalbimi aklımı Alan bir gözdür
Yanar yüreğimde aşkı bir közdür
Bu sahte dünya da sayı çok azdır
İnsanı daha güzel Eden sevgidir sevgi

Insan sevdiğiyle olmak ister!. Sevgisi kadar, onunla yaşar!. “.“Sevince, yalnızca sevdiğin için yaşamak istersin!. Yalnızca yanında olmak, yalnızca onun olmak, yalnızca onun zevk aldığıyla zevk alıp, sevmediğinden kaçmak istersin! Sevdiğin öylesine sarmıştır aklını, fikrini, ruhunu ki, her şey sana, onu hatırlatır; yanında iken bile onun içinde olmak istersin!… Yakınlık bile uzak gelir sana!… Sen kaybolursun, sende; sevdiğin kalır yalnızca, beyninde!.. Onun bakışıyla bakar, onun değerlendirmesiyle değerlendirir, onun diliyle konuşmaya başlarsın!. Gözün ondan başkasını görmez, kulağın ondan başkasını duymaz, elin ondan başkasına uzanmaz olur!.Her an sana sahip olmasını; varlığının, tasarrufunun her an üzerinde olmasını, her an seni kucaklamasını istersin!… Bedensel yakınlık bile, korkunç uzaklık gibi gelir sana; ve onunla tek bir beden, tek bir ruh, tek bir şuur olmayı dilersin!.Sevgi, fıtratın müsait ise, sevdiğinde yok edesiye yakar seni; ve gün gelir kaşında-gözünde, yüzünde-dilinde sevdiğini görürler de, “sen o olmuşun” derler!Beğenen sahip olmak ister…Seven ise sevdiğinde yok olur; feda eder her şeyi sevdiği uğruna!.
Bazılarının da sevgi kokusu sürülür üstüne; “aşığım” sanır!. Ama sevdiği uğruna, fedakarlık etmeye gelince sıra, o koku siliniverir üzerinden “kopamama” sabunuyla!. Parasından kopamaz… Mevkiinden kopamaz… Yakınlarından kopamaz… İçinde yaşadığı ortamın güzelliklerinden kopamaz… “Etraf”tan kopamaz!. Derken kusurlar belirmeye başlar sevdiğini sandığının üzerinde… Eksiklikler görmeye başlar, yetersizlikler görmeye başlar… Bunlar önce acıma duygusuna dönüştürür sevgisini; uzaktan acıyarak seyretmeye başlar… Sonra tatlı bir anıya dönüşür, sevgi sandığı duyguları!. Bu tecrübe gösterir ki, onun fıtratında sevgi programı yoktur!.. Beğeniyi, sevgi sanmıştır!..
Uzaklaşma ondan gelmemiş de, karşısındakinden gelmişse, bu defa “nefret”e döner “beğeni”; ondan intikam alma duygusu gelişir içinde; ve vicdanla intikam dalgaları arasında bir o yana bir bu yana sürüklenir durur; terkedilmişliğin, uzaklaşmanın, layık olmadığını yaşamanın sanısı içinde!..
Oysa yalnızca, fıtratında olmayan gerçek sevginin sonuçlarını yaşamaktadır!. Cüzdanı için, güzelliği-yakışıklılığı için, kendisine hoş gelen huyları için, mevkii-koltuğu için, ilmi için beğenmiştir; sevdiğini sanmış; sahip olamayınca da arzusuna erişememenin düş kırıklığı içinde kopmuş; yalnızca çıkarları doğrultusunda yaşamayı tercih etmiştir…
Seven ise göze almıştır kopmayı… Dışlanmayı… Paradan-puldan, namdan nişandan, dosttan akrabadan uzak kalmayı…
Fıtratından gelir sevgi!. Kulluğu sevmek üzeredir!. Onunla, sevmeyi yaşamak istediği için yaratmıştır onu Yaratan… O yüzden kopar anadan-babadan; dünyadan paradan!
Seven, karşılıksız sever!…Beğenen karşılığını ister!.
Benim istediğim gibi yaşarsan seni boğarım sahip olduklarıma, der beğenen!.. Onun zaten fıtratında yoktur sevgi, bilmez aşkın ne olduğunu!.. Ne üzere yaratılmışsa, odur tüm meşgalesi… Karınca gibi çalışır; maymun gibi çiftleşir; aslan gibi yavrularına sahip çıkar… Ama pervane gibi sevemez!. atamaz kendini ateşe!.
Sevgi sonunda yanmayı getirir!.. Beğeni ise sonunda kaçmayı!.
Beğenen mahlûkat çoğunluğuna göre, “sevgi” delilikten bir türdür!.. Anlamazlar onlar, sevdiği uğruna, etraf ne derse desin deyip, her şarta katlanmayı! Ve “delillik bu” derler…
Beğenme bir tür “hobi”dir!… Bazen ömür boyu sürer, bazen birkaç yıl, bazen bir kaç ay!..
Sevgi bir ömür boyudur!… Bitmez, tükenmez, bazen durulur, bazen coşar ama hiç gerilemez!. Çoğunlukla karşısındakinden yüzünü göstermesinden gelir sevgi insana!.. Bazen de özünden gösterir yüzünü O!… O zaman onlar için derler ki, “Allah”a aşık oldu!..
“Kendine seçtikleri”dir sevenleri bir çehreden!… Özünden sevgiyi yaşayanlardır, “mukarreb”leri!…
Hünerlerini sergilemek için yaratmıştır herşeyi…Sevmek için yaratmıştır sevilenleri!.
Gözlerinde seyretmek için gözleri olarak yaratmıştır “aşk”ı yaşattıklarını!..
Avam anlamaz ve bilmez bu aşkı!. Bunun aşk olduğunu!..Oysa gerçek “aşk” O’nun ateşine pervane gibi atılıp; varlığını O’nda yitirip; O’nun “Baki”liğini yaşattıklarıdır gerçek “aşık”lar!..
Özel bir fıtratla gelmişlerdir onlar, “aşık” olmak için!.. Yaşamları boyunca bir değer taşımamıştır dünya ve içindekiler!..

saygılarımla.....
Emir

İyun 22, 2008 20:28
17
ELGUN BHB yazıb:

SALAMLAR>BLOGU BEYENDIM...AMMA MENCE EN BOYUK SEVGI YALNIZ ALLAHa OLMALIDIR.yerde qalan sevgi ise yalniz benzetmedir....
BHB_JOIN US CHANGE U LIFE

İyul 4, 2008 18:30
18
Şəbnəm yazıb:

SAlam Elgün bəy.. Əlbəttə ki, ən böyük sevgiona olmalıdır. Qalan sevgilər gəldikdə isə niyə də könüllərdə sevgi olmasın..
Hətta Allah olan sevgidəndir ki, yaradılanı yaradan üçün sevməlisən. Məni də o şəxsi də Allah yaradıb. Allahı o qədər çox sevirəm ki, onun yaratdığını da sevməliyəm.. Mövzu bir az dərinləşir, onu deyim ki, söhbət Allahdan və ona olan sevgidən gedirsə, Allahın yaratdığı hər şeyi sevirəm.Eləcə də bəndəsini..

İyul 6, 2008 19:09

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha



© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com