Reklam verin!

Mürəkkəb dolu qələm.

Blog Haqqında

Şəbnəm Həsənəlizadə
Düşüncələr, düşüncələr, düşüncələr. Razı və ya narazı fikirlər. Bir sözlə yaşım böyük olmasa da bu gənc çağımda həyata baxışım, həyatda gördüklərim, gördüklərimdən çıxartdığım nəticələr. Böyüklərdən, atalardan üzr istəyirəm, azacıq da məsləhətlərim.

Arada şer, hekayə də oxuyacaqsınız. Mən nə şairəm, nə yazıçı. Yəni peşəkar deyiləm. Sadəcə arada gələn ilhamı səhvli-düzlü yazıram, xatirələrə düzürəm.

Blogumu ziyarət edənərə bəri başdan minnətdarlığımı bildirirəm.

Axtarış

Bölmələr

Arxiv

Sorğu

Bloguma xoş gəlmisiniz! Bir deyin görüm, bəs, hardan?





Sayqaç

  • İndi blogda: 10
  • Keçən ayın hiti: 3948
  • Dünənki hit: 218
  • Bugünki hit: 101
  • Ümumi hit: 18651


My BlogCatalog BlogRank

Müxtəlif

Göz yaşı, eşit məni, ağlamayacağam!!!

Şəbnəm Həsənəlizadə
May 6, 2008 23:34

 

 

Rəsmin müəllifi Leyla Həsənəlizadə
 
 
Ömrümə qəm qonaq gələn zamanda,

Susub-susub, daş kimi dayanacağam.

Düyümlənib boğazımda məni boğsan da,

Göz yaşı, eşit məni, ağlamayacağam! 

 

İblis tora salsa, fələk fırlansa,

Mən də, o çərx kimi dolanacağam.

Səbrim də yorulsa, qərarım daşsa,

Göz yaşı, eşit məni, ağlamayacağam!

 

Zülmün sevincində şad, şən, firavan,

Dondan-dona girib, oynayacağam.

Zülm özü mənimlə oynayan zaman,

Göz yaşı, eşit məni ağlamayacağam! 

 

Qəhərim qopsa da, əzab çaxsa da,

Mən ki, elə buludam, qaralacağam.

Könlümün körpüsün yarıb, axsan da,

Göz yaşı, eşit məni ağlamayacağam! 

 

Bəsdir şişirdiyin bu gözlərimi,

Qəlbim kimi, onları da dağlamayacağam.

Toplayıb könlümün qəlpələrini,

Göz yaşı, eşit məni ağlamayacağam! 

 

Sən ki, tez-tez gəlirsən, axı yoruluram,

Səni geri-geri verib, boğulacağam.

Bəlkə yolunu kəsib, daralacağam,

Amma, bil ki, bir daha ağlamayacağam!

Sevincdən deyilsə növbəti gəlişin,

Heç gəlmə göz yaşı, qoymayacağam,

Sönməsin sənin də mən tək günəşin  

Göz yaşı, eşit məni ağlamayacağam! 


Şərhlər(21)
202 oxunma
Şerlər
göz-yaşı eşit zülm qəhər qəlpə 

1
Vuq@r yazıb:

Shebnem xanim bu qeder de gozel ser olarmi?!
Inanin ki demeye soz yoxdur.Bu seri ayaq uste alqislamaq bele az olardi .
Men sozun gucunun qarshisinda aciz oldugumu anladim.
Sizin ne iti qeleminiz varmish.
Siz serlerinizi blogda yerlesdirin.Cunki sozun ahengi ile yasayan insanlar hele de vardir.
Tesekkurler. smile

May 6, 2008 23:45
2
Şəbnəm yazıb:

Aman Allah. Nə tez oxudunuz və cavabladınız.
Səmimi qəlbdən minnətdaram. Heç bilmirəm belə gözəl təriflərə nə deyim? Layiqdirsə şerim, çox sevinirəm. Çox sağ olun.

May 6, 2008 23:49
3
RAUL yazıb:

shocked COX GOZEL BEYENDIM SOZUN DUZU VALLAH SIZE DEYIREM HALAL OLSUN SHERLERINIZ GOZEL

May 7, 2008 11:49
4
Şəbnəm yazıb:

Çox sağ olun smile

May 7, 2008 12:59
5
babek yazıb:

salam
cox gozel yazibsan sag olun.

May 7, 2008 13:04
6
Şəbnəm yazıb:

Siz də sağ olun..

May 7, 2008 16:22
7
Ruzigarim yazıb:

oooo..Şeire bax, şeire... Prinsipə bax.
Hər zaman güclü ol...Oy, səni oxuyanda adam ilhamlanir eeee...
Nə qədər söylədim ağlamayacam
Yenə də qəlbimi necə dondurum...
Bu dərd ki, mənimdir, özgənin deyil...
Həyat da mənimdir...müşgüldür durum sad

May 7, 2008 17:50
8
araz yazıb:

mamnoliyatla/ sevinaram
siz haralisiz?
manim daha bir weblogim var/
ona da baxarmisiniz
bo da addresi?
www.joshar.blogfa.com

May 7, 2008 18:41
9
Şəbnəm yazıb:

Düzdür güclü olmaq lazımdır. Amma, sən şerdə yazdığın kimi "Yenə də qəlbimi necə dondurum".

Şərəf verirsən...smile
Şerin çox uğurlu alınıb, Seva, təbriklər. İlhamı qoyma qaçsın, dalın da gətir.

May 7, 2008 23:46
10
ZAKONSHIK yazıb:

MEN UNUDULANLAR SAYTINDAN GIRMISEM GOZEL SAYTINIZ VAR

May 8, 2008 16:39
11
Şəbnəm yazıb:

Minnətdaram. Raul da sağ olsun, mənim blogumu dost blogları sırasına daxil edib smile

May 8, 2008 19:11
12
Yakup icik yazıb:

" Ömrümə qəm qonaq gələn zamanda,
Susub-susub, daş kimi dayanacağam."

daha siirin bas satirlarinda hüzün sariyor sarmaliyor en incekilcaldamarlarimizdan her zerremizi...

azeri sivesi azeri konusamayan(ama anlayan)siirseverlerce cok begeniliyor bilesiniz...

unutmadan söyleyim smile
isminizi ve soyisminizi yazmaniza sevindim web sayfalarimdaki kayitli siirlerinizin altina (Şəbnəm Həsənəlizadə) yazdim! benim sayfalarimdan isminize tikayan sizin bu blogunuza gecebiliyor-görebiliyor!
(bilginize)

kutluyorum

sevgimkere

Yakup icik Almanya

May 9, 2008 18:38
13
Şəbnəm yazıb:

Təşəkkür edirəm, çox sevindim. Saytınızda da mənim bloquma keçid verdiyiniz üçün sizə çox minnətdaram.

Mənim bloqumu izləyən, yazılarımı oxuyan və başa düşən bütün oxuculara səmimi qəlbdən minnətdarlığımı bildirirəm və salamlayıram..

May 9, 2008 18:55
14
Şəbnəm yazıb:

Araz sizin www.joshar.blogfa.com blogunuza da baxmışam. Amma, təəssüf ki, ərəb əlifbasını bilmirəm. Ona görə də oxuya bilmədim. Hər-halda çox sağ olun.

P.S. Mən Azərbaycanlıyam smile.

May 9, 2008 19:16
15
Bayraqdar yazıb:

sad sad sad

May 10, 2008 13:23
16
ShafaG yazıb:

ehsen! ne deye bilerem... yazan ellerin var olsun!!!

May 16, 2008 22:49
17
Şəbnəm yazıb:

Çox sağ ol, Şəfəq. Lap əla dedin redface..

May 17, 2008 18:31
18
Rəhim yazıb:

Sizin şerlərizin və sozlərinin çoxunu oxudum.Onlarda çoxlu marağ var.
Sizi urəkdən təbrik eliyirəm.

May 18, 2008 19:50
19
Şəbnəm yazıb:

Çox sağ olun Rəhim..

May 31, 2008 20:18
20
Yakup icik yazıb:

bu dokunakli siire bir vecizimle eslik edecegim smile

" aglamak siddeti azaltir, gözyaslari arasinda nice sirlar gizlidir. "

...(yakupcik)

İyun 16, 2008 23:47
21
Şəbnəm yazıb:

Çox mənalı və gözəl veciz. Çox doğru, göz yşları şiddəti azaldır və həqiqətən də nə qədər sirlər daşıyır içində sad.
Çox sağ olun Yakup İcik

İyun 18, 2008 15:19

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha



© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com