QURBAN OLUM, AY ANA...
Şəbnəm HəsənəlizadəMay 1, 2008 23:42

gül üzlüm, çiçəyim bütün varlığım,
içimə çəkdiyim nəfəsim, canım,
Ana, nəfəsinə qurban olum mən!
Çoxlu-çoxlu öpüb, qucaqlayım səni,
qoy, tutum, buraxmayım, çəkmə əlini,
Ana, saçlarına qurban olum mən!
İzn ver, ay ana, bağrıma basım,
ağrımasın heç yerin, ağrını alım,
sən, var ol hər zaman, mən də canlanım,
Ana, varlığına qurban olum mən!
heç vaxt təmiz adını bil batırmaram,
sənin öyüdlərinlə mən yaşayıram,
Ana, verdiklərinə qurban olum mən!
Sən gül, çiçək açsın bütün ömrümüz,
sən gül, ışıq saçsın hər bir günümüz,
sən gül ki ay ana, gülsün könlümüz,
Ana, gülüşünə qurban olum mən!
Ən dəyərli sərvətim sənsən dünyada,
sevinirəm sən hər an gülüb, danışanda,
dərin məna duyuram baxışlarında,
Ana, baxışlarına qurban olum mən
Ana qırışlarına qurban olum mən,
Ana, o uca Allahına,
səni yaradana qurban olum mən!!!
202 oxunma
Şerlər





Shebnem, hiss olunur ki çoxlu-çoxlu darixmisan)))
May 2, 2008 0:06