Reklam verin!

Mürəkkəb dolu qələm.

Blog Haqqında

Şəbnəm Həsənəlizadə
Düşüncələr, düşüncələr, düşüncələr. Razı və ya narazı fikirlər. Bir sözlə yaşım böyük olmasa da bu gənc çağımda həyata baxışım, həyatda gördüklərim, gördüklərimdən çıxartdığım nəticələr. Böyüklərdən, atalardan üzr istəyirəm, azacıq da məsləhətlərim.

Arada şer, hekayə də oxuyacaqsınız. Mən nə şairəm, nə yazıçı. Yəni peşəkar deyiləm. Sadəcə arada gələn ilhamı səhvli-düzlü yazıram, xatirələrə düzürəm.

Blogumu ziyarət edənərə bəri başdan minnətdarlığımı bildirirəm.

Axtarış

Bölmələr

Arxiv

Sorğu

Bloguma xoş gəlmisiniz! Bir deyin görüm, bəs, hardan?





Sayqaç

  • İndi blogda: 15
  • Keçən ayın hiti: 3948
  • Dünənki hit: 218
  • Bugünki hit: 106
  • Ümumi hit: 18656


My BlogCatalog BlogRank

Müxtəlif

İNANDIM

Şəbnəm Həsənəlizadə
Aprel 28, 2008 0:27

 
Vuruldum heç nəyi düşünmədən mən,
qızmar günəş altda kölgəmsən sandım.
Getmirsən gözümdən, bir an fikrimdən,
bir tək ey sevgilim, sənə inandım!

Dağlayır içimi acı düşüncələr,
ey yarım yalandan artıq usandım!
Sevmək, inanmaq asandır məyər,
bir tək ey sevgilim, sənə inandım?!

Səni elə sevdim, inan ki, nece,
dualarla yatdım, duayla oyandım.
Allaha yalvardım sənçün hər gecə,
bir tək ey sevgilim, sənə inandım!

Niyə aldatdın məni, niyə vəfasız?!

Beşikdə körpə tək laylana qandım.
Sandım ki, eşqimiz pakdı yalansız,
bir tək ey sevgilim, sənə inandım!

Yalançı, amansız, şirin bivəfa,
səndə məni ürəkdən sevirsən sandım!
Heç kimə inanmaram məndə bir daha,
bir tək ey sevgilim sənə inandım!


Şərhlər(14)
191 oxunma
Şerlər


1
Araz yazıb:

şəbnəm bu şeir məni çox duyğulandırdı.
Sevmək bir intihardır, Qar çiçəyi günəşə baxıb öldü.
Sevmək bir ittihamdır, Sevmək təkcə sevmək deyil ki.
Mənim, sənin, onun arasında bir sırdır.
Mən sevirəm və zindandayam.
çox sağ ol
Güney Azərbaycan - Təbriz

Aprel 28, 2008 21:07
2
Shebnem yazıb:

Sizin de sözlerinizde duyğudolu menalar var. Diqqətə görə minnətdaram

Aprel 28, 2008 21:10
3
Vuq@r yazıb:

Shebnem xanim serlerin cox xosuma geldi.Bu serler daxilden hiss ve dusunceleri eks etdirilerek yazilib.

Aprel 29, 2008 19:09
4
Şəbnəm yazıb:

Çox sağ olun.
Diqqətə görə səmimi qəlbdən minnətdaram

Aprel 29, 2008 20:04
5
vehid yazıb:

selam eziz yoldas cox sevindim ki benim web sehifeme baxdiniz

men iyi yaza bilmiyorum latin men guney Azerbaycandanam

sizin serleriniz cox gozel sizinle tanis olmaqima sevindim mende sizi dost bloglarima elave etdim bunnan

helelik

Tanri amaninda

Aprel 30, 2008 20:56
6
İlham Pərisi yazıb:

Şəbnəm, gəlib sənin də bloquna çıxdım...Gözəldir...

Aprel 30, 2008 21:00
7
Şəbnəm yazıb:

Hörmətli Vahid, siz də çox sağ olun. Mən də şad oldum.

--------------------------------------

İlham Pərisi smile sevindim.

Aprel 30, 2008 21:23
8
Ruzigarim yazıb:

smile Çooox gözəl yazmısan. Ümumiyyətlə, sənin şeirlərində şeh damlası qədər saflıq duyulur.
Amma həm də dərin təəssüf hissi.

İlhama gəldim -yazacam smile

May 1, 2008 0:31
9
Ruzigarim yazıb:

Şəbnəm, sənin bu şeirindən ilhamlanib "Təbii" şeitini yazdim.
Girib baxa bilərsən-
http://ruzigarim.azeriblog.com/2008/05/01/tebii

May 1, 2008 2:11
10
Şəbnəm yazıb:

Çox sağ ol, canım. Mənim şerimdən ilhama gəlib, şer yazmısan. Çox sevindirdin məni. Uğurlar arzulayıram sənə həmişə. İlhamın daimi olsun.

May 1, 2008 14:41
11
Leyla yazıb:

Bu qesengdi!

May 2, 2008 3:34
12
Şəbnəm yazıb:

Çox sağ ol, Lyaka. Tez elə açdığın blogu doldurdaa.

May 2, 2008 14:22
13

yeri var serlerinin. qelbden gelen sozler oldugu bilinir. sene ugurlar serlerin maraqli idi basqa serler kimi qafiye uygun gelsin deye atilan sozlerden ibaret deyil. saytini dost blog kimi elave ede bilerem

May 3, 2008 20:28
14
Şəbnəm yazıb:

Şad oldum. Verilən dəyərlər sevindirir məni. Həqiqətən, mnnətdaram.

May 3, 2008 22:03

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha



© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com