Səhər açılır.. Neçə-neçə tələbələr oyanıb, dərsə üz tutmağa hazırlaşırlar. Adi günlərdən biri. Kimlərin beynində nə düşüncələr, nə xəyallar.. Ən əsası da quracaqları gələcək. Bəli universitetə tələsəcək adi bir gündür, amma, bu adi günün hər dəfəsinin də mənası da böyükdür. Bu adi gün sabahkı günün, gələcəyin möhürünü vuracaq bir gündür. Ya da belə olamlıydı. Valideynlər övladlarını dərsə göndərirlər ki, övladaları sabah bir ixtisasa yiyələnib, gələcək qurub, ayaqları üstündə durmağı bacarsınlar. Heç kim düşünməzdi ki, gələcəyinə sağlam basmaq niyyətiylə bu təhsil ocağına ayaq basanlar, elə bir anın içində də zalım gülləyə tuş gəlib, həyatlarının baharında o gələcəyi düşünmək nədir, o anı belə anlamadan gözlərini yumub əlvida deyəcəklər. Haqqsızlıq, böyük haqqsızlıq.
Allaha acıq getməsin, dünya fani deyil, həyat əbədi deyil. Hər kəs bir gün gözlərini yumacaq. Hər kəsin qapısını əzrail çalmalıdır. Amma, belə olanda bilmirəm bunu necə adlanıdırım ki, doğru olsun?!
Səbəbi də məlum olmayan bir zülm, bir dərd. Hər-halda səbəbi nə olursa-olsun buna heç nə haqq qazandıra bilməz, heç nə.
İndi neçə-neçə valideynlərin gözü yaşlı qalacaq, onlar ki övladlarını belə yola saldılar - ali təhsil ocağının diplomunu almadan, həyat qurmadan, işləmədən, toy-büsatı olmadan, yaşamamış, yaşlanmamış, qocalmamış. Bəlkə də çoxlarının ürəyində nə qdər söz qaldı deyilməmiş.. O qızlara gəlinlik, oğlanlara bəylik ancaq kəfən oldu. Buna hansı ana ürəyi tab gətirər, hansı ata dözər? Bilmirəm bunu qismət adlandırmaq olarmı?! Nə bilim, çox üzücü, təsirli bir hadisə. Allah əzizlərinə səbr versin..
Başın sağ olsun, Azərbaycan..Amma bir bütöv günü matəm də etmək olardı..
Hər-halda ən böyük dərdi əzizləri çəkəcək - anam, atam, bacım, qardaşım, başınız sağ olsun, Allah köməyiniz olsun!